13:39 Onu gələcək həyat yoldaşı ilə tanış edənə 10 milyon verəcək  |     12:54 DİN Nigar Camala dair araşdırma aparır  |     07:06 Nərmin klipinə təqdimat keçirdi  |     22:09 “Qızım dünyaya gəldiyi üçün qaynanam zəng etdi ki, ananın evinə get”  |     22:07 “Qarşımdakı bəzi insanları gic adlandırıram” - Elza Seyidcahan  |     22:05 “Serdar Ortaçla duet mənə 50 minə başa gəldi” - Vəfa Şərifova  |     22:01 Xatun Əliyeva nənə oldu  |     18:44 Zülfiyyə ilə Zamiqi bir araya gətirən səbəb  |     13:31 Zeynəb Həsəninin vəziyyəti ağırlaşdı  |     12:19 Məclisdə Əminə ilə Vüqar arasında dava düşüb  |     15:11 "Səhnəmizin ən savadlı və estetiksiz müğənnisi" - Özünü təriflədi  |     14:51 "Kaş qızımı ora ərə verməzdim" - Mətanət İsgəndərli  |     12:55 Bakı konsertində Aleksandr Rıbakla şəkil çəkdirmək MİN MANAT OLUB  |     19:35 "Bir çox layihəmi yox etdi" - Natavan  |     19:28 Faiq Ağayevdən haqlı irad: “Onu kəndçi dili sayanlar...”  |     10:13 Vəfanın 40 min verib, oxuduğu duet "trend 1" OLA BİLMƏDİ  |     10:10 Kamildən Hacı Nurana:“Bir də səninlə şəkil çəkdirməyəcəm”  |     10:07 Nazilə QANUNLARA ETİRAZ ETDİ: "Növbəti "quşu" buraxıb, qanun işləmir?"  |     09:59 Afət COŞDU: “Floraya “kapak” olsun”  |     15:47 Narkotikə görə tutulan “TikTok”erə hökm oxundu  |    

Ağdaşda nişan məclisində DAVA - Qarmon ifaçısı döyüldü

8.02.2022 - 211 - Sosial

Ağdaş rayonunda 1999-cu il təvəllüdlü Anar toy məclisində dava salıb, musiqi ifaçılarına xəsarət yetirib.


Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin iyulun 17-də baş verib. Anar həmin gün saat 21 radələrində Ağdaş rayonu Pirəyir kəndində Mehmanın həyətində keçirilən toy şənliyində musiqi alətində ifa edən 1972-ci il təvəllüdlü Vüqarla mübahisə edib. Anar səs-küy salıb, yumruqla Vüqarın burun nahiyəsinə vurub.

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar özünü ittiham üzrə təqsirli bilib. O bildirib ki, heç bir ruhi-əsəb və digər xəstəliyi yoxdur:

“Hazırda ailəliyəm, himayəmdə bir azyaşlı övladım var. Fərdi əməklə məşğul oluram”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 17-də Ağdaş rayonu Pirəyir kəndində Mehman adlı şəxsin qızının və dayısı Davudun oğlu Pərvinin el adəti üzrə nişan məclisinə dəvətli olunub: “Buna görə də həmin gün saat 17-də Pirəyir kəndində yaşayan Mehmanın həyətinə ailəm ilə birlikdə nişan mərasiminə getdik. Saat 18-də nişan mərasimi başladı. Nişan mərasimi davam edərkən təxminən saat 21 radələrində sintezatorda musiqi ifa edən sonradan adını bildiyim Vüqara yaxınlaşdım, ona musiqi sifariş etdim və 5 manat verdim. “Qara Gözlər” mahnısını ifa etməsini bildirdim. Vüqar isə “ev yiyəsi başqa mahnı sifariş edib” deyə söylədi. Özüm də ona heç nə demədim və kənara çəkildim”.

Anarın ifadəsinə görə, təxminən 2-3 dəqiqə sonra onun sifariş verdiyi “Qara Gözlər” mahnısı ifa olunmağa başlayıb:

“Sifariş etdiyim musiqiyə ailəmlə birlikdə oynadım. Həmin mahnı təxminən 20 saniyə davam etdi. Sintezatorda musiqi ifa edən Vüqar “Avara” mahnısını ifa etməyə başladı. Buna görə ona yaxınlaşdım, öz narazılığımı bilidirdim. Dedim ki, sən niyə “Qara Gözlər” mahnısını axıra kimi ifa etmədin? Onun qolundan tutaraq kənara çəkdim, mahnını axıra kimi ifa etməməyinin səbəbini bir daha soruşdum. Vüqar isə “yaxşiıedirəm” deyə söylədi. Ona dedim ki, sən niyə belə danışırsan, mən sənə 5 manat verdim ki, “Qara Gözlər” mahnısını ifa edəsən. Vüqar əlləri ilə yaxamdan tutdu, məni itələdi, daha sonra əli ilə boyun nahiyəmdən vurdu. Özüm arxaya çəkildim. Vüqar yenidən mənə tərəf gələrək əli ilə üzümdən şillə vurdu. yenidən zərbə vurmaq üçün əl atdı. Bu vaxt başımın arxa nahiyəsindən Vüqarın oğlu Vüsal yumruqla vurdu. Həmin vaxt dayım Davud gəldi, məni kənara çəkərək öz avtomobilinə mindirdi. Dayım oğlu Fəqan məni evə apardı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüqarın sözlərinə görə, uzun illərdir musiqi müəllimi işləyir:

“Sintezator və qarmon musiqi alətlərində ifa etmişəm. Eyni zamanda Ağdaş şəhəri, H.Əliyev adına musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləmişəm. Toy şənliklərinə də getmişəm. Keçirilən şənliklərdə qarmon ifa etmişəm”.

Zərərçəkmiş deyib ki, iyulun 17-də Pirəyir kəndində Mehman adlı şəxsin qızının nişan mərasiminə dəvətli olub:

“Buna görə də həmin gün saat 18-də Mehmanın həyətinə ansamblımın üzvləri ilə, yəni oğlum Vüsal və səs operatoru Orxan ilə birlikdə getdik. Saat 21 radələrində sintezatorla musiqi ifa edərkən sonradan adını bildiyim Anar sərxoş vəziyyətdə yaxınlaşaraq hazırda ifa etdiyim ritmi dayandıraraq dərhal onun sifariş verdiyi “Qara Gözlər” mahnısını ifa etməyimi tapşırdı. Hazırda ifa etdiyim musiqini sona çatdırdıqdan sonra onun sifariş verdiyi mahnını ifa edəcəyimi bildirdim. Həmin vaxt Anarın ağzından kəskin spirtli içkinin iyi gəldi. Anar məni nişan məclisindən çölə dəvət etdi. Məclisdən musiqiçilər əyləşən masanın sol tərəfinə, yəni yanına keçdik. Həmin vaxt Anar mənə “sən kimsən ki, mənim sifariş verdiyim musiqini dərhal ifa etmirsən” deyərək qəflətən yumruqla bir neçə dəfə alın və burun nahiyəmə vurdu”.

Vüqar qeyd edib ki, bundan sonra Anar ona qarşı yüksək səslə nalayiq ifadələr işlədib:

“Toy şənliyində iştirak edən insanlara məhəl qoymadı, onu ayırmaq istəyən şəxslərə müqavimət göstərdi. Onların əlindən çıxaraq təkrar üzərimə hücum çəkdi. Bu vaxt burnumdan qan axmağa başladı. Huşumu itirərək yerə çökdüm. Anar ilə aramızdakı dava zamanı özüm və oğlum Vüsal onu vurmayıb”.

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb.

Anarın barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında 5 noyabr 2021-ci il tarixli qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib.

Onun ittiham olunduğu cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti