19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

"Müəllim və şagirdlərə tətil verilməlidir" - Yoluxmadan çıxış yolu AÇIQLANDI

17.02.2022 - 158 - Sosial

Son iki həftədə Azərbaycanda koronavirusa (COVİD-19) yoluxanların sayında kəskin artım müşahidə olunur. Yoluxanlar arasında şagird və müəllimlərin sayı xüsusilə çoxluq təşkil edir. Müəllimlər, valideynlər sosial şəbəkələrdə etiraz edərək distant təhsilə keçməyin vacibliyini vurğulayır. Bəs görəsən məktəblər və universitetlər qısa müddətlik də olsa distant təhsilə keçə bilərmi? 


Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, ali təhsil ocaqlarında vəziyyət o qədər də təhlükəli deyil: 

“Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisəndə 56 min tələbə təhsil alır. Bu qədər insanın eyni vaxtda aktiv şəkildə hərəkət etməsi təbii ki, yoluxma sayına təsir göstərir. Lakin ali və orta ixtisas təhsil müəssisələrində vəziyyət o qədər də təhlükəli deyil. Orta məktəblərlə müqayisədə burada say azdır. Orta məktəblərdə isə 1,6 milyon şagird təhsil alır. Rəqəmləri müqayisə etsək görərik ki, biri digərindən 10 dəfə çoxdur. Bundan başqa, ali məktəblərdə təhsil alan tələbələr daha yetkin şəxslərdir ki, onlar pandemiya qaydalarına daha yaxşı əməl edə bilir. Eyni zamanda, tələbələrin böyük əksəriyyəti öz evində yaşamır və az insanlarla ünsiyyətdə olur. Onlar yoluxsa belə ailə üzvlərini və digərlərini yoluxdurmur. Orta məktəb şagirdlərində vəziyyət daha fərqlidir. Şagirdlər evə gedib ailə üzvünü də yoluxdura bilir. Bundan ənənəvi tədris bərpa olunduqdan sonra yoluxma statistikasına baxsaq görərik ki, ali təhsil ocaqlarında vəziyyət o qədər də təhlükəli deyil. Tələbə sayı ən çox olan universitetlərdə infrastruktur daha yaxşıdır. Məsələn, BDU tələbələrin normal təhsil alması üçün lazımi imkanları qura bilib. Universitetin girişində tələbələr təmassız qaydada yoxlanılır. Yəni tələbələr üçün o qədər də təhlükəli şərait yoxdur ki, ali məktəblərdə tədrisin ənənəvi forması ləğv edilsin. Təhsil naziri qeyd edir ki, akademik gecikmənin qarşısını almaqdan ötrü ali məktəblərdə tələbə köçürülmələrini dayandırmışıq.

Bunu nəzərə alsaq universitetlərdə düşünmürəm ki, distant təhsilə keçilməlidir. Buna ehtiyac yoxdur. Ali təhsil müəssisələrində dərslər onsuz da hibrid formada təşkil olunur”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti