17.02.2022 - 297 - Hadisə
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.
SHOWXEBER.AZ xəbər verir ki, o, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.
O qeyd edib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.