14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

Hidayət Heydərov “Böyük Dəbilqə”də QIZIL MEDAL QAZANDI

18.02.2022 - 675 - İdman

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.


"Qafqazinfo" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha bir təmsilçisi tatamiyə çıxıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulub.

 
24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov yarımfinala adlayıb.

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında hazırda bir medal var. İlk gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb.

Sabah - yarışın son günündə millimizin üzvlərindən Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

***

Yarımfinalda israilli Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradan Hidayət Heydərov finala çıxıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti