23.02.2022 - 194 - Hadisə
Yevlaxda yeniyetmə qız itkin düşüb.
SHOWXEBER.AZ xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü Kərimova Röya Taleh qızı fevralın 22-i saat 17:30-da yaşadığı Qanboy Quliyev kuçəsi, ev 2/13 ünvanından çıxaraq geri qayıtmayıb.
Onun itkin düşməsi ilə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda onun axtarışları davam etdirilir.