12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq

26.02.2022 - 181 - Mədəniyyət

Mədəniyyət Nazirliyi Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.


SHOWXEBER.AZ xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib!

Muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli Əlibaba Balaəhməd oğlu Məmmədov vəfat edib.

Əlibaba Məmmədov 1930-cu il fevral ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan sənətkar istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənin, öz bənzərsiz səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirib. Muğam ifaçılığının ustadlarından olan Əlibaba Məmmədov bir çox xarici ölkələrdə milli musiqimizin təbliğində əvəzsiz xidmətlər göstərib, yarım əsrlik yaradıcılığı ilə muğamsevərlərin yaddaşına həkk olunub. Onun böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz” dəstgahları, “Dəşti”, “Rəhab” kiçik həcmli muğamları, xalq və bəstəkar mahnıları Azərbaycanın qızıl fondunda qorunub saxlanılır.

Əlibaba Məmmədov uzun müddət Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı onlarla tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar.

Böyük sənətkar 1989-cu ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “İstiqlal”, 2020-ci ildə “Şərəf” ordeninə layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Əlibaba Məmmədovun nurlu xatirəsi daima onu sevənlərin qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti