04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

“Xaç atası” 50 il sonra CinemaPlus-da - FOTOLAR

28.02.2022 - 173 - Mədəniyyət

Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Xaç atası” ilk filminin 50 illik yubileyi şərəfinə Frensis Ford Koppolanın kriminal saqanın unudulmaz və möhtəşəm tədbiri keçirilib. “Xaç atası” ən yaxşı film, ən yaxşı kişi rolu (Marlon Brando), ən yaxşı uyğunlaşdırılmış ssenari üzrə Oskar Mükafatını qazandı və 1972-ci ilin ən çox gəlir gətirən filmi oldu. Bu, həqiqətən də bütün zamanların ən dahi aktyor heyəti ilə kinematoqrafiyanın kult əsəridir.

“Xaç atası” filmində əsas rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan Kiton, Taliya Şayr, Riçard Kastellano və başqaları oynayıblar.
Bərpa üç il çəkdi. Bu müddət ərzində trilogiyada hər bir kadr üçün ən yaxşı təsviri tapmaq üçün 300 qutu kinoplyonka araşdırıldı. Ustalar neqativlərdən ləkələri aradan qaldırmaq və rəngi bərpa etmək üçün minlərlə saat sərf ediblər.
Tanınmış event-şirkəti “Orli” tədbirin sadiq pərəstişkarlarını ən yaxşı filmlərdən birinin inanılmaz ab-havasına qərq etdi.
Qonaqları Rzayeva Kübranın rəhbərlik etdiyi opera kvartet qarşılayıb.
Şou-biznes ulduzlarını, jurnalistləri, bloggerləri, sahibkarları və iri təşkilat rəhbərlərini aparıcı Elvin Mərdanov salamlayıb. Tədbirin yaddaqalan hissəsi tarda “Xaç atası”nın melodiyasını ifa edən Əli Əsgər Məmmədovun çıxışı oldu. Gecədə gözəl tanqo rəqsi ifa edən Fərid Mehdiyev və Diana Batakova da iştirak ediblər.
Tədbirin təşkilində Brand Media Groups, “Orli” event şirkəti, “The Story Baku” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery” şirkəti, Magic Mirror, Harmony Dance Studio by Farid Mehdiyev, Azeri Express, Bizon və Şeh Su dəstək göstəriblər.
Dünya kinosunun ən yaxşı filmlərindən biri “Xaç atası. Filmin 50illiyi” fevralın 24-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti