11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Robert Pattison ilə Betmen CinemaPlus ekranlarına qayıdıb

2.03.2022 - 224 - Mədəniyyət

CinemaPlus kinoteatrlar şəbəkəsində 2 martdan, eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb. 

“Film emosiyalar fırtınasına səbəb olacaq və sözün əsl mənasında nəfəsinizi kəsəcək. Filmdə “Betmen” onun əvvəllər göstərilmədiyi – detektiv kimi təqdim olunacaq. Ancaq qeyd etmək lazımdır ki, dediyimiz hər şey komikslərdə tapıla bilər. O, tarixin ən böyük detektivi ola bilərdi, lakin əvvəlki bütün filmlər buna diqqət yetirməmişdi. Mən Betmenin transformasiyadan keçməsini istərdim”, - filmin rejissoru bildirib.

Baş rollarda Robert Pattinson, Endi Serkis və Zoi Kravits.

 Film haqqında qısa məlumat: Şəhərdə elitaya qarşı bir sıra qəddar hücumlar baş verdikdə, sirli ipuçları Brus Ueyni yeraltı dünyasının ən qaranlıq guşələrinə aparır və burada o, Pişik Qadın, Pinqvin, Karmayn Falkon və Tapmacaçı ilə tanış olur. İndi silahın altında dostu düşməndən ayırmaq və Qothemdə ədaləti bərpa etmək məcburiyyətində qalan Betmen özüdür.

Qeyd etmək istəyirik ki, “Betmen” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti