11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Dedi ki, səni soyuducuda saxlayırlar, niyə qocalmırsan?” - “Qaraca qız” filminin Xədicəsi - FOTO

11.03.2022 - 247 - Mədəniyyət

"Mənə tez-tez deyirlər ki, xaricən heç dəyişilməmişəm. Amma mən bilirəm ki, həm daxilən, həm də xaricən çox dəyişilmişəm. "Qaraca qız" filminin çəkilməsindən artıq 56 il vaxt keçib. Təbii ki, hər bir qadın baxımlı olmaq istəyir, özünə, xarici görünüşünə diqqət yetirir. Mən də vaxtlı-vaxtında saçımı boyayıram, üzümə estetik qulluq edirəm. Nəinki insan, əşyalar da baxımlı olmayanda sıradan çıxır. Azərbaycan qadınları gözəldir, üz cizgiləri möhtəşəmdir. 6-7 il bundan əvvəl "Qaraca qız" filmində anamı oynayan məşhur aktrisa, xalq artisti Şəfiqə Məmmədova ilə təsadüfən görüşdüm. Şəfiqə xanım mənə dedi ki, Leyli elə bil səni soyuducuda saxlayırlar, niyə qocalmırsan? (gülür). Onun bu sözünə ikimiz də güldük. Çox istərdim ki, Şəfiqə xanımla illər sonra görüşüb, filmlə bağlı xatirələrimizi bölüşək"


SHOWXEBER.AZ  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filminin Xədicəsi Leyli Axundova deyib. O daha sonra plastik əməliyyatlardan da danışıb.

"Plastik əməliyyatların əleyhinə deyiləm. Kimdə yaxşı alınırsa onları dəstəkləyirəm. Aygün Kazımovanın əməliyyatlarından ötrü ürəyim gedir. Ona çox gözəl yaraşır.

Amma heç nəyin əndazəsindən çıxmaq lazım deyil. Bəzən televiziyada aktrisa göstərirlər, o qədər əməliyyat etdirib ki, üz cizgiləri də itib" deyə Leyli Axundova deyib.
O daha sonra əlavə edib.

"Bu günkü gündə məni çox televiziyalara, efirlərə dəvət edirlər. Görünür müasir dövrlə ayaqlaşmaq, onu qəbul etmək istəmirəm. Çünki efirlərə çıxanda şəkillərimi o dəqiqə saytlara, sosial şəbəkələrə qoyub, müzakirə edirlər. Biri deyir ki, bunun saçına bax, biri deyir ki, bunun geyiminə bax, biri yazır ki, nə qədər qızıl taxıb! Tutaq ki, mənim ulu nənələrim ayrı-ayrı millətlərdən olublar, bunun kimə nə aidiyyatı var?! Təbii ki, yaxşı yazanlar da olur. Pis insanlardan qaçıram. Adamı o qədər çeynəyir, darayırlar ki, deyirəm ay Allah az darayanım var, üstəlik özgələr də darasınlar. "Küçəyə çıxanda o dəqiqə məni tanıyırlar. Deyirlər ki, siz "Qaraca qız"-da oynayan xanımsınız?! Deyirəm ki, bəli! Bu film bizi xalqa tanıtdırdı, insanlara sevdirdi. Amma indi çox təəssüflər olsun ki, uşaqlar üçün filmlər çəkilmir. Bir dənə uşaq filmi yoxdur! Nəinki uşaqlar üçün, böyüklər üçün də film çəkən yoxdur. Siz fikir versəniz görərsiniz ki, Rusiyada da film çəkmirlər. Uşaqlar üçün film yoxdursa, bu yazıq uşaq nəyə yaxud kimə baxsın?! Uşaq da məcbur qalıb şiddət saçan cizgi filmlərinə baxır və bu psixoloji olaraq onun tərbiyəsinə mənfi təsir göstərir" deyə Leyli Axundova deyib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti