11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Keçmiş gəlini efirə çıxıb Mətanət İsgəndərliyə səsləndi - “BARIŞIQ İSTƏYİRƏM”

28.03.2022 - 140 - Maqazin

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sənətçiyə növbəti dəfə barışıq addımı atıb.


Axşam.az xəbər verir ki, "Bizimləsən" verilişində qonaq olan Canana müğənnidən aralarındakı küsülülüyə son qoymalarını istəyib. O, bunu övladları üçün etdiyini bildirib:

"Mətanət xanıma hər zaman hörmətim var, uşaqlarımın nənəsidir. Mən mehribanlıq istəyirəm. Çünki övladlarımın psixologiyası mənim üçün çox önəmlidir. Biz mehriban olaq, uşaqlarım da birlikdə olduğumuzu görüb, sevinsinlər. Hamı ayrılır, qismətdir. Hər kəsin bir tale yazısı var. O demək deyil ki, biz düşmən olmalıyıq. Uşaqlarım yanıma gəlir, Kərimlə danışıram, deyirəm ki, atana söylə bir yerə gedək. Soruşur ki, sən atamı bağışlayırsan? Deyirəm, əlbəttə, düşmən deyilik, sizə görə mehribanıq. Uşaqlar travma alır, bir gün yanımda qalır. Yuxudan oyananda deyir ki, atamı seçəcəm. Deyirəm, yat. Məhkəmədə deyilsən. Şüuraltı o qədər yeridilib ki... İstəmərəm belə olsun. Ancaq sülh və mehribanlıq istəyirəm. Bir yerdə gəzək, ata da var ana da var. Mətanət xanımdan da böyüklük olaraq istəyirəm ki, mehribanlıq olsun. Kiçik olaraq ondan barışıq istəyirəm. Bunu övladlarıma görə edirəm. Ondan heç nə istəmirəm".

Qeyd edək ki, Canana Novruz bayramında da Mətanət İsgəndərlidən aralarındakı küsülülüyə son qoymasını xahiş etmişdi.

M.İsgəndərlinin oğlu Kərim və Canana ötən il boşanıb və üç uşaq atada qalıb. Canana apellyasiya məhkəməsinə müraciət edərək övladlarını qəyyumluğunu alıb. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti