1.04.2022 - 196 - Maqazin
Xalq artisti Mələkxanım Əyyubovanın oğlu Cəfərin ad günüdür.
Axşam.az xəbər verir ki, bu barədə xanəndə sosial şəbəkədə məlumat verib. O, oğlu, nəvələri və gəlini Səadətlə fotolarını paylaşaraq təbrik yazıb:
"Canım Cəfərim. Doğum günün mübarək. Sənə möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Ailənlə birlikdə neçə gözəl yaşlara".
Qeyd edək ki, Cəfər 2014-cü ildə ailə həyatı qurub. Xalq artistinin daha bir oğlu və iki qızı var.