12.04.2022 - 120 - Maqazin
Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konsertinin tarixi müəyyənləşib.
SHOWXEBER.AZ-a Bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan musiqili gecə 23-24-25 sentyabr tarixlərində baş tutacaq.
Əvvəlki tarixə alınan biletlər keçərli olacaq. 1 saat 30 dəqiqəlik solo konsertin bilet qiymətləri isə 20-150 AZN arası dəyişir.
Xatırladaq ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
Lakin həmin dövrdə koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınmışdı.