11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Hüseyn həbs olunan şəxsin MÜDAFİƏSİNƏ QALXDI: “Onu incitməyə qoymayacağam”

18.04.2022 - 130 - Maqazin

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənovun Bakıda alış-veriş mərkəzlərinin birində pərəştişkarları ilə keçirdiyi “fan-görüş”ü ölkə gündəmini zəbt edib.

İzdihamlı görüşdə səhnəni quran şəxslərdən birinin əlində kəmər kimisə vurması görüntüləri yayılar-yayılmaz adiyyatı qurumları tərəfindən araşdırılmağa başlanıb.  

SHOWXEBER.AZ   xəbər verir ki, Hüseyn sosial şəbəkə hesabında görüşdən ticarət mərkəzinin yuxarı hissəsindən lentə alınan görüntüləri paylaşıb. Kadrlarda həmin şəxsin insanları deyil kəmərlə səhnənin döşəməsinə endirdiyi zərbələr öz əksini tapıb. Həsənov “Bu adamı incitməyə qoymayacağam. O yaxşı bir insandır”, deyə, şərh yazıb.  

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur.  

Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub.  

Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti