09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Zeynəb Xanlarovanın bacısı oğluna HÖKM OXUNDU

22.04.2022 - 89 - Manşet / Hadisə

Xalq artisti Zeynəb Xanlarovanın dələduzluqda ittiham olunan bacısı oğlu Daşqın Nəsirova hökm oxunub.



SHOWXEBER.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay müddətinə şərti cəza verilib və D.Nəsirov azadlıqda qalıb.

 
Qeyd edək ki, D.Nəsirov Türkan qəsəbəsində torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla satılmasında ittiham olunub. İstintaq müəyyən edib ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Türkan qəsəbəsinin sabiq icra nümayəndəsi Rahil Babayev və sabiq bələdiyyə sədri Mehman Ağayev, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı Zəfər Abdulov və Eldar Mirzəyev dəniz sahilində yerləşən sahəsi 1.12 hektar, dəyəri 190 min manat olan torpaq sahəsinin ayrı-ayrı şəxslərə qanunsuz satıblar.

Məhkəmənin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il müddətə azadlıqdan məhrum edilib. Eldar Mirzəyev və Zəfər Abdulov isə 1 il 6 ay şərti cəza alaraq azadlıqda qalıblar.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti