09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

““Milyonçu” mənə heç nə qazandırmadı”

18.05.2022 - 109 - Maqazin

“Aparıcısı olduğum “Milyonçu”dünya şöhrətli şou idi. Amma o şou mənə xırda populyarlıqdan savayı, heç nə qazandırmadı. Aktyor olur e, yaxşı obrazlar ifa edir, sonda da heç bir mükafatını almaz. Bu veriliş də mənimçün belə bir şey oldu”. 



SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri aparıcı-aktyor Azər Axşam “Üzə-düz” proqramında qonaq olarkən deyib.  

O, açıqlamasına belə davam edib: “Mənə olan dəyəri, qiyməti versələr, kifayət idi! Yalandan niyə danışım ki?! “Milyonçu” mənə yüksək məşhurluq vermədi, bu gün də kimsə demir ki, Azər Axşam bilirsən kimdir? Dünya şöhrətli “Milyonçu”nun aparıcısıdır. İllər sonra “İctimai” kanalda bu şou yenidən başlayanda çox adam zəng elədi məni təbrik eləməyə. Səbəbini soruşanda dedilər ki, bəs şou başlayır da. Hər kəs gözlədi. Dedim vallah mənə deməyiblər, inanın ki, heç deməyəcəklər.

Müraciət də olmayacaq. 49 yaşım var, nə aparıcı, nə də aktyor kimi heç bir telekanaldan təklif gəlməyib. Azərbaycanda təklif olunmur! Verilişi tanışa, bilişə, sponsor tapana verirlər.

Proqramı onun öhdəsindən daha yaxşı gələcək birinə vermirlər. Efir saatlarının bölümü düz deyil. Hər aparıcının bir müddətdən sonra aparacağı saat var. O öz zəhmətiylə axşam efirini qazanıb axı. Bu gün primetime-da Azər Axşam yoxdur! Belə bir sual yaranır da? Azər Axşam yoxdur, kim bəs? Azərdən yaxşısı varsa, alqışlayıram! Mütləq ki var! Azərə axşam efiri vermirsən, tamam! Bəs kimə verirsən?!”


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti