13:49 "Mən etsəydim, verilişimi bağlayardılar"  |     12:44 Aysun İsmayılovanın toyuna 200-500 AZN pul yazdıran məşhurlar  |     11:12 Müğənni Şəbnəm Tovuzlu Səidə Sultana - ŞİLLƏ KİMİ CAVAB  |     10:51 Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO  |     15:47 Röyanın qardaşının toyundan ilk - Fotolar  |     09:45 Mələkxanım Əyyubovanın oğlu ADA-ya qəbul oldu  |     00:16 Burakdan Fahriyəyə 10 milyonluq hədiyyə  |     12:15 Tünzalənin ölüm xəbəri yalandır  |     09:02 Məleykə Əsədovanın qızı universitetə qəbul oldu  |     08:59 Kefindən evdən qaçan qadınlara səsləndi "Üzünüzü mürdəşir yusun!"  |     01:57 "Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova  |     14:22 "Pişik" Günel: "TikTok"dan 15 günə 10 min pul qazanıram"  |     09:54 Burak Özçivit Bakıda  |     00:05 “Məni öldürmək fikrindədirlər” - Kamil Zeynallı  |     20:23 Mərdan yeni klipini təqdim etdi - VİDEO  |     20:12 Azərbaycanın xalq artisti erotik videolarla ŞANTAJ OLUNUR  |     20:07 Rəqsanə Moskvadan qızının toyuna niyə gəlmədi? - AÇIQLAMA  |     07:53 Nadir Qafarzadə Zauru müdafiə etdi: “Bu “çuşka”ları az mindirin başımıza”  |     00:13 MTV Kərimin efirdə qadınları təhqir etməsinə görə cərimələndi  |     23:42 Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min təzminat tələb edir  |    

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

20.05.2022 - 27 - Manşet / Maqazin

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.

SHOWXEBER.AZ xəbər verir ki, sikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17 may 2022-ci il tarixlərində yayımlanan verlişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.

“İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də A.Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci (böhtan) bəndi ilə Nərimanov rayon Məhkəməsinə şikayət edib” –deyə, vəkli bildirib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.

Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb: “Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələddirlər…”

A.Muradovun sözlərinə görə, “Səni axtarıram” verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.

Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon Məhkəməsinə təqdim edilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti