30.06.2022 - 106 - Maqazin
Bir müddət əvvəl Əməkdar artist Vasif Məhərrəmlinin “Şourum” maqazin verilişində qalmaqal yaşadığı xanım həmkarı Şəbnəm Qəhrəmanovadan işlətdiyi xoşaqəlməz ifadələrə görə üzr istəməsinə qarşı tərəfdən reaksiya gəlib.
SHOWXEBER.AZ xəbər verir ki, Şəbnəm qonaq olduğu “Nahara az qala” verilişində Vasifə cavab verib.
İfaçı Əməkdar artisti bundan sonra tanımaq istəmədiyini söyləyərək, onun üzrxahlığını ayaqlar altına atıb.
“Həmin video “TikTok”da yayılmışdı. Mənə göndərdilər, dedim ki, bu mövzudan gözüm su içmir. Bu mövzunu bağlamışam. O insan artıq mənim üçün yoxdur və mən onu tanımıram”.
Qeyd edək ki, müğənni Ş.Qəhrəmanovanın illər əvvəl "Lider mən" verilişində Əməkdar artist Vasif Məhərrəmlini xəsis adlandırması və qarşı tərəfin cavab olaraq "Ailəli deyilsən, amma uşağın var. Bəs bu uşağın atası kimdir?" cavabı ikili arasında böyük qalmaqala səbəb olmuşdu.