12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Evlənib boşanan məşhurlar - SİYAHI

14.07.2022 - 165 - Maqazin

Şou-biznes əhlinin ailə həyatı qurması və boşanması cəmiyyətimizdə böyük maraqla qarşılanan hadisələrdəndir.



Şou-biznes adamları ilə ailə həyatı yaşamaq sıravi insanlar üçün çox çətindir. Belə ki, şou adamlarının iş rejimi onların normal ailəyə sahib olmamasına gətirib çıxarır. Bunu bəzi məşhurlar öz nitqlərində vurğulayırlar. Təsadüfi deyil ki, təkcə indi yox, ötən əsrdə də müğənnilərimizin ailə bağları çox möhkəm olmayıb.

SHOWXEBER.AZ  xəbər verir ki, mövzu ilə bağlı "Space Maqazin" verlişinin əməkdaşları araşdırma ediblər. Ailə həyatında uğursuzluğla üzləşən məşhurların siyahısını təqdim edirik:


Milyonların sevimlisi, Xalq artisti Aygün Kazımova İlqar adlı bəylə ailəli olub. Onlar uzun illər öncə ayrılıblar. Bu evlilikdən Kazımovanın bir qızı var. İfaçı ilk evliliyindən sonra rəsmən ailə qurmasa da, bir müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olub.

Xalq artisti Flora Kərimova iki dəfə ailə həyatı qurub .

Növbəti sırada Səhnəmizin Məleykəsi, Məleykə Əsədovadır . O bir dəfə ailə qurub, boşanıb. Bir qızı var. Boşandıqdan sonra aktrisa-müğənni mediaya açıqlama da vermişdi: "Ailə qurduğum şəxs bizneslə məşğul idi. Anamın xətrinə ərə getməklə artıq bir səhv etmişəm. O vaxtlar anamın səhhətində ciddi problemlər vardı və onu kədərləndirməmək üçün bu addımı atmışdım".


Mətanət İsgəndərli övladları körpə olarkən qalmaqallı şəkildə boşanıb. Hətta həyat yoldaşı eks televiziya kanallarından birinə çıxaraq, M.İsgəndərlini ittiham etmişdi.


Hamımızın Elşad Xose kimi tanıdığını Elşad Əliyev 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkib. Boşanıblar. Hazırda ikisi də evlidir. 


Səidə Dadaşova sosial şəbəkə vasitəsilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, onlar qalmaqallı şəkildə də boşanıblar. Hər iki tərəf xəyanətin boşanmaya səbəb olduğunu deyir. Hazırda Səidə evlidir. 


Sırada səhnəmizin ən çox danışılan duet ortaqları olan Təranə Qumral və Musa Musayevdir . Hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onunla boşanıb, Təranə Qumralla ailə qurub. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.

Sırada səhnəmizin ən çox danışılan duet ortaqları olan Təranə Qumral və Musa Musayevdir . Hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onunla boşanıb, Təranə Qumralla ailə qurub. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.
 


Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir.


Mətanət Əsədova 1 dəfə ailə qursa da, boşanmalı olub.
O müsahibələrin birində bu barədə qeyd edib ki : "Bir dəfə ailə qurdum, müəyyən səbəblərdən alınmadı. İkinci dəfə ailə qurmaq barədə düşünmürəm. O mövzu mənim üçün bağlanıb. Yaşca özümdən kiçik bəylə isə, ümumiyyətlə, ailə qurmaram. Çünki həyat yoldaşım özümdən yaşca kiçik idi".


Tanınmış müğənni Nazpəri Dostəliyeva 1 dəfə ailə qursa da, ailəsi dağılıb. Müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını deyib: "Onun bircə səhvi ucbat oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bildim, amma mən bağışladım. sözümü.çünki özüm xəyanət mən sevmirəm.


Xalq artisti Faiq Ağayev 1 dəfə evli olub. Qeyd edək ki, F.Ağayevin böyük oğul övladı var. Bu haqda çox danışmağı xoşlamayan sənətçi övladının anası haqda heç vaxt açıqlama verməyib.


Məşhur pradüsser Anar Mədətov da iki dəfə evlənib, o müsahibələrinin birində hazırkı həyat yoldaşı haqqında deyib ki : “Mən sevmişəm, evlənmişəm və özümü xoşbəxt hiss edirəm. Evləndiyim xanımı çoxdan tanıyıram. Əvvəl dost olmuşuq. Keçmiş xanımım isə insanlardan xahiş edir ki, məni təhqir etsinlər. Heç kim yazıq deyil. Nə olursa, yaxşılığa doğru olur”

Əməkdar artist Lalə Məmmədova da evlilikdə bəxti gətirməyən müğənnilərimizdəndir. O müsahibələrinin birində "Ailənizin dağılmasında sizin payınız olmayıb" sualına "Qadın istəyirsə, kişini yanında saxlayar. Yəqin ki, özüm istəməmişəm. Sevib ailə qurmadım, sadəcə, qarşılıqlı hörmət var idi" cavabını verib.


Tünzalə Ağayeva da ailə həyatında bəxti gətirməyən müğənnilərimizdəndir. O rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var

İzzət Bağırov da 2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin birinci evliyindən övladı olmasa da, ikincidən 3 uşaq atasıdır. Sonuncu övladları əkiz doğulub.


Müğənni Vasif Məhərrəmli 2 dəfə evlənib. İlk həyat yoldaşı dünyasını dəyişən sənətçi ikinci dəfə qohumunu alıb. Onun bir qız, bir oğlan övladı var.

Yazdığı şeirlər, oxuduğu mahnılarla gündəm olan, Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.

Sevilən müğənni Almaz Ələsgərlinin ailəsi uzun sürməyib, tezliklə dağılıb. Qızları da anasının yaşadığını yaşayıb. Onların da ilk evlilikləri uğursuz olub

Müğənni Şəbnəm Tovuzlu da boşanan məşhurlardandır. Onun ilk evliliyindən 1 övladı var. Hazırda Şəbnəm evlidir.


Ziyafət Əlisoy


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti