12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Nuradan həm klip, həm fotosessiya!

15.07.2022 - 110 - Maqazin

Müğənni Nura Suri Kolumbiyada çəkilən ikinci klipini də təqdim edib.


SHOWXEBER.AZ xəbər verir ki, sənətçinin sözləri Orxan Qarabasma, musiqisi Kazımcan, “beat”i Emin Məmmədova (Clavis) aid mahnısı “Doğru” adlanır.

Klip Kolumbiyanın San Heronimo, Azərbaycanın Xızı, Qəçrəş və Xınalıq bölgələrində lentə alınıb.

Ekran işinin Kolumbiyadakı görüntülərini Sir Rivers, Azərbaycandakı görüntülərini isə Vahid Həsənov ərsəyə gətirib.

“Gözlənilməz problemlərlə üzləşdik. Stilistlə danışmışdıq, Kolumbiyanın bir şəhərindən digərinə gəlməli idi. Gəldi, bir obraz üzərində çalışdı. Bizə dedi ki, siz bu çəkilişi bitirin, mən qayıdacağam. Onun qayıtmağı problem oldu, ikinci obrazı çəkə bilmədik. Səhəri gün yağış yağdı deyə, obrazlarımın yarısını Azərbaycanda çəkdirəsi oldum. Buradak çəkilişdə də yağış yağdı, işlərimiz qaldı. Məcbur olub səhəri günü yenidən qayıtdıq. Klip mənim üçün çox əzizdir, çünki əziyyətli olub. Mahnı da əzizdir, iki dəfə oxumuşam, əlavə səslər var idi, üç dəfə aranjimanı dəyişib. Mahnını ərsəyə gətirənəcən Emin Kərimiyə zülm yaşatdıq. İnanıram ki, mükəmməl bir iş olacaq”, - deyə, Nura Suri bildirib.

Qeyd edək ki, müğənninin tərzi üzərində kolumbiyalı və azərbaycanlı stilistlər çalışıb. Klipdə kolumbiyalı xareqoraf və rəqqas Hulio Moskuera rol alıb.

Ekran işinin montajını Azərbaycanda Alex Anişenko, rənglənməsini isə Ukraynada Dmitriy Lukyanenko edib.

Nura Surinin fotolarını Azərbaycanda Raj Steven, Kolumbiyada isə Cafet Ariza ərsəyə gətirib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti