19.07.2022 - 127 - Maqazin
Türkiyənin məşhur pop ifaçısı Murad Boz aktrisa Tuba Büyüküstün ilə aralarında çıxan eşq dedi-qodularına cavab verib.
SHOWXEBER.AZ-ın məlumatına görə, Murad müxbirlərin suallarını cavablandırarkən bu mövzudan danışıb.
Boz Tuba ilə sadəcə dost olduqlarını qeyd edib:
“Elə bir şey yoxdur. Serial vasitəsilə tanış olub, dost olduq. Necə ki, digər serial yoldaşlarımla dostluq edirəm, Tuba ilə də həmçinin”, - deyə müğənni qeyd edib.