21.07.2022 - 181 - Maqazin
Azərbaycanın ən çox dinlənilən qadın müğənnilərindən olan müğənni Damla yeni “İlan” adlı mahnısını təqdim edib.
SHOWXEBER.AZ xəbər verir ki, mahnı üçün kamera qarşısına keçən sənətçi klipdə bir neçə obrazda olub.
Bəstənin sözləri və musiqisi MİRO-ya aiddir.
Sənətçinin klipini Orxansway ərsəyə gətirib. Hər dəfə layihələrində fərqli obrazda kamera qarşısına keçən Damla klipdə rahibə obrazında olub.