9.08.2022 - 97 - Maqazin
"Toylardan torba ilə pullar qazanmışam. Başqa yerdən gəlirim yoxdur.
Qazanmasaydım, o evi, avtomobilləri haradan alardım? Uşaqları necə oxuda bilərdim?”.
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur” proqramında deyib. Sənətçi aparıcının "Pulları harada saxlamaq lazımdır" sualına isə belə cavab verib:
"Pul olsa, dəmir seyfdə. Evdə iki seyfim var, amma içi boşdur”.