04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

“Rüşvəti Mədəniyyət Nazirliyinə gətirən Polad Bülbüloğlu olub” - Akif İslamzadə

11.08.2022 - 154 - Mədəniyyət

Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi. Azərbaycanda rüşvəti Mədəniyyət Nazirliyinə gətirən məhz Polad Bülbüloğlu idi. O, nazirlikdə rüşvətxorluğu sistem halına salan şəxs idi...”

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Akif İslamzadə deyib. Azərbaycan mədəniyyətinin bugünkü durumu barədə fikirlərini bölüşən sənətçi vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Mədəniyyət naziri dəyişəndən sonra konkret dəyişiklik olduğunu deyə bilmərəm. Heç mən onları tanımıram. İnandırım sizi ki, mən hazırkı Mədəniyyət nazirinin nə adını, nə də soyadını bilirəm. Heç bilmək də istəmirəm!

Mədəniyyətdə problemlər çoxdur, bu gün bunlar müzakirə olunmur, KİV-lər, sosial şəbəkələr qeybətdən, qadına məxsus söhbətlərin müzakirəsindən kənara çıxa bilmir”.

A. İslamzadə həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələblərini də doğru hesab edib:

“Fondda 80-dən artıq mahnım var, hələ indiyə qədər bir qəpik belə almamışıq.

Gedin, telekanallardan soruşun görün televiziyalarda çıxış edən müğənnilərin hansının pulunu ödəyiblər? Barmaqlarını qatlayıb bir müğənni adı çəkə bilərlərmi? Niyə ödəmirlər?

Bu gün bizim cəmiyyətdə ən çox haqqı tapdalanan zümrə məhz musiqiçilərdir. Mən 30-40 ildə hər halda ən azı 100 dəfə televiziyalarda çıxış etmişəm, haçan pulumu ödəyiblər? Söhbət tək məndən getmir, istəyirsiniz, Eyyub Yaqubovdan, Flora Kərimovadan, Aygün Kazımovadan soruşun, görün, haçansa telekanalda qonaq kimi dəvət olunub çıxış etdikləri zaman onlara pul ödənilibmi? Bunları demək lazımdır” (yenisabah.az). 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti