15.08.2022 - 95 - Maqazin
Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.
SHOWXEBER.AZ xəbər verir ki, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunan aktyorun yeni görüntüləri yayılıb.
"Bildiyiniz kimi mən avqustun 3-ü Mərkəzi Gömrük Hospitalında qaraciyər əməliyyatı keçirdim. Əməliyyatımız çox uğurlu oldu. Artıq evə buraxılıram. Bundan sonrakı müalicəmi həkim nəzarəti altında evdə davam etdirəcəm. Müalicə müddəti minimum 6 ay davam edəcək".
Qeyd edək ki, Elvinin əməliyyatı üçün kifayət qədər pul yığılsa da, ona donor tapılmırdı. Daha sonra bacısı Gülnaz xanım qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi Elvinə köçürülüb.