10:22 Zeynəb Xanlarovanın yeni FOTOsu yayıldı  |     10:19 "Günay Musayevanı mən model etdim" - Elgizdən etiraf  |     10:16 "Övlad acısı yaşadım" - Nazpəri  |     11:05 Təranə həbs edilən həyat yoldaşından yazdı  |     16:02 Məşhur müğənni Rəşad Nəcəfli "Altın Kelebek"in qaliblərini tənqid etdi: "Layiq deyillər..."  |     14:20 DİN Təranənin həyat yoldaşı kimi təqdim etdiyi şəxslə bağlı məlumat yaydı  |     13:07 Çingiz 15 illik hesabata hazırlaşır  |     09:29 Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb, yanına heç kimi buraxmırlar  |     21:39 “Reytinqə görə ölünün üzərində səhnəcik qurublar” - YALANDA İTTİHAM ETDİ  |     12:37 Seyran klipini “Netd Müzik”dən sildirdi  |     10:50 Hacı Nuran Samir Bağırovu üzə çıxardı  |     10:45 “Altın Kelebey”i Azərbaycandan onlar aldı  |     10:12 Azərbaycanlı rəqqas intihar etdi  |     00:10 “Altın Kelebek” mükafatının qalibləri müəyyən olub  |     13:26 “Toyuna 2 min saldığım var ki, gəlib 2 yüz salıb”  |     11:22 Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı  |     00:15 Bu gün “Altın Kelebek”i Azərbaycan üzrə Afaq Gəncəli aparacaq  |     10:43 “Alfons nədir, kimsə mənim adımın yanına ad qoya bilməz, o yazını yazanı axtarıram...”  |     10:40 “Ana olandan sonra sənətdən uzaqlaşmaq istəmirəm, amma indidən...”  |     10:33 “Mikrofonu başına vuraram, cırıq-cırıq olarsan”- Xalq artisti  |    

Baxışı qadınları əridən, heç vaxt evlənməyən məşhurun ən böyük peşmanlığı... - Bir ulduz axdı

18.08.2022 - 30 - Mədəniyyət

O bir dönəmin ən yaraşıqlı aktyorlarından idi. Həm gənclik, həm ömrünün orta yaş dövründə, həm də qocalığında öz xarizması ilə heyran edirdi. Tanrı onu hər kəs sevsin deyə yaratmışdı sanki. Söhbət Yeşilçamın əfsanə oyunçusu, son illərdə adından çox "Tatar Ramazan" kimi anılan rejissor, ssenari müəllifi, möhtəşəm aktyor Kadir İnanırdan gedir.

SHOWXEBER.AZ xəbər verir ki, Kadir İnanır 1949-cu il aprelin 15-də Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün ailəsində dünyaya gəlib. O, böyük bir ailənin son uşağı idi. Özündən böyük 14 qardaş-bacısı vardı. Belə bir ailədə həyatı üçün çabalamaq yaşam tərzinə çevrilmişdi. Müxtəlif məktəb yarışlarında qabiliyyətlərini nümayiş etdirirdi. 


Marmara Universitetinin "Ünsiyyət" fakültəsinin "Radio-Televiziya" hissəsini bitirdikdən sonra 1967-ci ildə "Səs" jurnalının təşkil etdiyi "Film Sənətçisi Yarışı"nda finala yüksəldi. Bir il sonra "Gizlənpaç" qəzetinin keçirdiyi "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu və diqqət çəkdi.


Beləcə, Türkiyə çox böyük bir sənətkar qazanmış oldu. 1970-ci ildə "Qara gözlüm" filmində Türkan Şorayla baş rollara çəkildi və türk tamaşaçısı onları ayrılmaz cütlük elan elədi.


İllər sonra Türkan Şoray 50 illik karyerasında ən çox zövq aldığı tərəf müqabili kimi Kadir İnanırın adını çəkir. Şorayın bu açıqlamasından həmkarı iciyir.


"İllərdir ki, onun adını çəkirəm. Amma o, heç vaxt adımı anmır. Odur ki, ondan bir az küsmüşəm. Kadir çox paxıldır, sizcə də, elə deyilmi?", desə də, sonra bunun zarafat olduğunu demişdi. 


Kadir İnanır 192 filmdə rol alıb. Dəfələrlə ən yaxşı kişi aktyor nominasiyasında qalib seçilib. O sərt, romantik türk kişi rollarına xüsusi cazibə qataraq oyanyırdı. Sevgi dolu baxışları qarşısında qadınlar, qəzəbli baxışları qarşısında kişilər əriyirdi.


"Tatar Ramaza" və "Selvi Boylum Al Yazmalım" ilə yaddaşlarda dərin iz buraxan aktyor 2019-cu ildə "Qapı" filminə çəkildikdən sonra karyerasına son verdiyini elan etdi.


Kadir İnanır rəsmən evil olmayıb. Lakin 1999-cu ildən bu yana Jülidə Kuralla birlikdədir. Jülidə ən çətin günlərində onun əlini buraxmayıb. Bu böyük sevgi möhürsüz, ştampsız ürəklərə qazılıb. Onlar 23 ildə nə evləndilər, nə də ayrıldılar. 57 yaşlı Jülidə teatr aktrisasıdır.

2012-ci ilin fevral ayında yırtıq disk əməliyyatı keçirən İnanır, daha sonra ciyərlərindəki şiş səbəbiylə başqa bir əməliyyat da keçirdi. Lakin sağaldıqdan sonra yenidən ekranlara döndü. Ötən il böyük aktyorun damarlarında tromb aşkarlandı və beyin insultu keçirdi. 22 gün xəstəxanda ciddi həkim nəzarəti altında qaldı. 73 yaşlı Kadir İnanırın son görüntüləri bu günlərdə yayılıb. Aktyorun xeyli zəiflədiyi, arıqlayıb, əldən düşdüyü görünür. 

Bir zamanlar ürəkləri fəth edən böyük adamın qüssəli görüntüsü hər kəsi kədərləndirir. Əslində o özü də kimsənin yadında çirkin və zəif qalmamaq üçün çalışır. Buna görə də paparatsilərə, qəfil yanaşan müxbirlərə çox sərt cavablar verir.

Bir dəfə verdiyi müsahibəsində Türkiyənin ən zəngin adamı olduğunu bildirmişdi:


"Hansı evə getsəm, mənim üçün möhtəşəm süfrə qurulur. Sevilirəm. Bundan böyük zənginlik ola bilməz".


O rollarındakı kimi həyatda da sərt biri olduğunu, başqalarının dərdini görərkən əylənməyin mümkün olmadığını dilə gətirmiş, buna görə bir çoxları ilə məsafəli davrandığını demişdi. Həyatının ən böyük peşmanlığı olaraq, ustad sənətkar siqareti göstərmişdi:


"Siqaretdən ayrıldıqdan sonra yaşamağa başlamışam".


Bir də qadınları çox sevdiyini, onları yaxşı anladığını söyləmişdi.


Sərvəti barədə çox danışmayan Kadir inanırın doğulduğu Fatsda bir ferması, fındıq bağları var. Son bir neçə ildə İstanbulda daşınmaz əmlaka investisiya yatırıb, çox böyük bir villa aldığı da yazılıb. Siyasəti dərindən izləsə də, siyasətə qatılmayıb. Çünki özü kimi düşünən insanların sayı azdır. Halbuki bir dəfə əl eləsə, bəlkə də arxasınca milyonlarla insan düşüb gedəcəkdi. Kadir İnanır bəlkə özü inanmır, amma xalq ona inanır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti