30.08.2022 - 160 - Manşet / Maqazin
Xəbər verdiyimiz kimi, məşhur müğənni İbrahim Tatlısəsin qəza keçirdiyi yerə ilk gələnlərdən biri də övladlıqdan rədd etdiyi oğlu Ahmet Tatlı olmuşdu.
SHOWXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün qurban kəsdirib payladan İbo ilginc açıqlamalar verib.
Müğənni oğlu ilə barışmadığını bildirib.
"Mən əlimi heç kimə öpdürmərəm. Barışmadıq. Heç kimlə barışmadım. Gecə harada idi? Proqrama niyə gəlmədi? Ertəsi gün səhər yeməyinə toplaşmışdıq, o, harada idi? Gəldi, oyununu oynadı, getdi", - deyə ifaçı bildirib.
Müğənninin oğlu barədəki bu sözləri təəccüb doğurub.