19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Ürəyindən əməliyyat olunan xalq artisti Qurban İsmayılovu Murad Dadaşov ziyarət etdi - FOTO

31.08.2022 - 86 - Mədəniyyət

Azərbaycanın Xalq artisti, “Ata ocağı”nın Nazim atası Qurban İsmayılov DTX Hospitalında açıq ürək əməliyyatı olunub. Ağır əməliyyatı ürək-damar cərrahı Rafiq İbrahimov həyata keçirib. 

SHOWXEBER.AZ xəbər verir ki, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov Qurban İsmayılova xəstəxanada baş çəkib. O cərraha və xəstəxananın personalına  uğurlu nəticə üçün minnətdarlığını bildirib:

 “Əməliyyatın yaxşı keçməsi bizi sevindirir. Həkimlərimizə təşəkkür edirəm. Qurban müəllim, sizi çox gümrah gördüm. Həqiqətən də, xoşbəxt insansınız ki, bu qədər kritik vəziyyətdən fəsadsız qurtuldunuz ”. 

Qurban İsmayılov ona göstərilən diqqət və qayğı üçün tibb işçilərinə, həm də Xəzər Media Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.  

Qurban İsmayılov deyib ki, həyatının qurtulmasını “Ata ocağı” serialının kreativ prodüseri Amiran Babayevə borcludur: “Ürəyim ağrısa da, biganəlik edirdim. Hətta filmin çəkilişlərinə qatılırdım. Lakin narahatlığımı bilən kimi Amiran məni həkimə getməyə məcbur etdi. Müayinədən sonra vəziyyətimin ağır olduğu bilindi”.
Ürək- damar cərrahı Rafiq İbrahimov bildirib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olsa da, hazırda vəziyyəti yaxşıdır: "4 saat davam edən əməliyyatdan sonra xəstəmiz artıq sərbəst gəzə bilir və həyat göstəriciləri normaldır. Qurban müəllimi sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək".

Murad Dadaşov Qurban İsmayılova tezliklə sağalmağı arzu edib: ”Siz bizim dəyərli sənətkarımızsınız və “Ata ocağı”nda tezliklə sizi görmək istəyirik”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti