20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |     21:04 Prezident Xalq artisti Samir Cəfərovu təltif etdi  |    

Narkotikə görə həbs edilən meyxanaçı Cavid Sumqayıtlıdan XƏBƏR VAR

31.08.2022 - 91 - Maqazin

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum edilən Cavid Babaşov (Sumqayıtlı) barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.


APA-nın əldə etdiyi xəbərə görə, Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılan iş üzrə qərar elan olunub. Hakim Elman Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti ittiham olunan şəxs barəsindəki hökmün dəyişdirilməsi üçün əsaslar olmadığı qənaətinə gəlib. Bunu nəzərə alaraq Cavid Sumqayıtlının şikayəti rədd edilib.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Cavid Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavid Babaşov Cavid Sumqayıtlı adı ilə məşhur olan meyxanaçıdır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti