17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

“Bizimkilər adam deyil, qanları xarabdır” - Şəbnəm əsəbləşdi

7.09.2022 - 90 - Maqazin

“Bizimkilər ancaq bir-birlərini aşağılamağa çalışırlar. Qısa həyatdır. Qardaş ölkəyə baxın, görün onların müğənniləri, incəsənət adamları necə bir-birinə dəstək olurlar. Bizdə isə müğənnilərdən kimsə məhbəsə düşəndə digər həmkarları sevinirlər, “nə yaxşı, biri azaldı!” deyirlər. Amma Türkiyədə vəziyyət fərqlidir. Amma bizdə elə deyil. Çünki bizdəkilər adam deyillər. Qanları xarabdır”.

Bu sözləri Yenisabah.az-a müğənni Şəbnəm Tovuzlu deyib. Müğənni Azərbaycan şou-biznesi haqqında ümumi fikir bildirərək deyib ki, ölkəmizdə bəzi müğənnilər həmkarlarına nəinki dəstək durmur, hətta, ələ keçən hər fürsətdə onları məhv etməyə çalışır. Onun sözlərinə görə, bəzi həmkarları digər həmkarlarının mal-mülklərini saymaqla məşğuldur:

“Ümumiyyətlə, Azərbaycan şou-biznesində çoxları digər həmkarlarının ayaqlarının altını qazmaqla, bir-birini gözdən salmaqla məşğuldur. İncəsənət adamları bir-birinə dəstək olmalıdır. Bu sənətdəsənsə, haqqında çox söz-söhbət olacaq. Məsələn, mənim haqqımda deyilənlərdən biri də yaşayışımın qlamur olmamasıdır. Onlar Şəbnəmin nəyi olub-olmamaasını bilirlərmi?! Şəbnəmin qazancını nəyə yatırdığından məlumatları varmı?! Mən göstəriş üçün yaşamıram. Şükür Allaha ki mənə bütün bunları nəsib edib. Gələcəkdə də kimin nəyi olub-olmadığını görərlər”.  
Şəbnəm Tovuzlu bildirirb ki, Azərbaycanda ulduz yoxdur. Hər kəsin özünəməxsus həyatı var. Buna görə də hansısa müğənninin həyatını ulduz həyatına aid etmək düzgün deyil”.


“Azərbaycanda ulduz yoxdur. Ulduz həyatı dedikdə nə nəzərdə tutulur?! Kim nə bilir mənim nəyim var?! Çoxlarının efirlərdə nəyə sahib olduqlarını demələri gülüncdür. Bunu heç, məmurlar nazirlər etmir. Bəlkə, məni bütün günü qəlyançəkilən məkanlarda və ya hər axşam restoranlarda görürlər?! Bəlkə, məni hardasa hər gün görürlər deyə belə düşünürlər?! Məni ancaq restoranlarda toydan-toya görə bilərlər.


Bu gün kiminsə nəyisə ola bilər. Amma mən özümə cavabdehəm və mənim nələrimin olduğundan kimin nə məlumatı olduğunu soruşuram. Faktları varmı?! Heç kəs mənim nə şəxsi həyatıma, nə qlamurluğuma, nə də ki sənətimə qarışa, dil uzada bilməz! Mən mal-mülküm barədə kimlərəsə hesabat verəsi deyiləm. Hər şeyimiz var. Bütün günü toylardayıq, olmamalıdır ki?! Məsələn, hansı işimlə əlaqədar, İstanbula nə üçün gəldiyimi bilirlərmi? Qoy onlar varlı, evli-eşikli olsunlar. Mənim isə heç nəyim olmasın. Mən öz işimlə-gücümlə məşğulam. İşini bilən, gözütox adam nəyi varsa, onun arxasındadır. Bunlar onun gələcəyidir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti