09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Tanınmış şair-ssenarist növbəti filmini çəkmək üçün İstanbula yola düşdü - FOTO

23.09.2022 - 124 - Mədəniyyət

Tanınmış qiraətçi, şair-ssenarist Nicat Əjdər (Mənalı) Milli Qəhrəman Mübariz İbrahimovun həyatına həsr edilmiş "Mübariz" adlı tam metrajlı bədii filminin çəkilişlərini bitirib, hazırda "Dostum Qardaşım" filminin çəkilişlərinə start verib. 

Məlumat üçün bildirək ki, "Dostum Qardaşım" 90 dəqiqəlik tammetrajlı filmdir. Filmin çəkilişlərinə sentyabrın 25-də Türkiyənin İstanbul şəhərində start veriləcək. Çəkilişlər üç ölkədə Azərbaycan, Türkiyə və Özbəkistanda olacaq. Hər üç ölkənin tanınmış simaları, aktyor, aktrisaları filmdə rol alıb. Bu filmin təqdimat mərasimi 6-dan çox Türk dövlətində keçiriləcək.

Xatırladaq ki, hazırda montajda olan "Mübariz" filmi üçün isə ilin sonunda maraqlı bir təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulub. 

Qeyd edək ki, Nicat Əjdər bir çox şeir və poemaların müəllifidir. O, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Şərəfli Ömür" adlı poemasını ilk dəfə (əruz vəznində) yazıb və eyni adla qısametrajlı film çəkib.

Ssenarist "Şərəfli Ömür" adlı qısametrajlı, "Mübariz" və "Dostum Qardaşım" adlı tammetrajlı bədii filmlərinin ssenari müəllifi, eyni zamanda baş prodüsseridir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti