19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Yalnız “CinemaPlus”da “Yanlış Anlama 2” filminin nümayişi olacaq - VİDEO

29.09.2022 - 61 - Mədəniyyət

“CinemaPlus” kinoteatrlar şəbəkəsində eksklüziv olaraq 30 sentyabrdan Türkiyə istehsalı olan “Yanlış Anlama 2” filminin nümayişi başlayır.

Film yemək bişirmək qabiliyyətini itirdiyini düşünən aşpazın hekayəsindən bəhs edir. Hekayə qəhrəmanın Türkiyədən Azərbaycana səyahəti ilə başlayır və o, burada çoxlu müxtəlif məzəli macəralarla qarşılaşır.

Ekranı işinin rejissoru Aykut Taşkındır. Baş rollarda Cemal Hünal, Yılmaz Qruda və Fatih Özkan çəkiliblər. Filmdə türkiyəli aktyorlarla yanaşı, İslam Mehrəliyev, Elcan Rəsulov, Gülşən Hüseynli kimi yerli aktyorlarımız da rol alıblar.

Film haqqında qısa məlumat: Nüfuzuna çox dəyər verən aşpaz Ceyhun, uşaqlıqdan ona hər şeyi öyrədən Əhməd usta və onlardan heç vaxt ayrılmayan Fazil hər şeyə başdan başlamaq üçün Bakıya gedirlər. Azərbaycan restoranında anasının işini davam etdirən aşpaz Aydan Əhməd ustanın köməyi ilə anasının reseptini tapmağa çalışır, aşpaz Ceyhun isə ənənəvi Azərbaycan reseptlərini kəşf edərək tamamilə yeni bir kulinariya səyahətinə çıxır.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti