19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Nazirlik Ruhəngiz Qasımova ilə bağlı nekroloq yayıb

10.10.2022 - 38 - Mədəniyyət

Mədəniyyət Nazirliyi Əməkdar İncəsənət Xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə bağlı nekroloq yayıb.

SHOWXEBER.AZ  xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında vəfat etmişdir.

Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur (1978). Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələmişdir. Ədəbi fəaliyyətlə də məşğul olmuş, hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunmuşdur. "Babamın muzeyi" adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.
R.Qasımovanın musiqi əsərləri sırasında “Quyu” tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl, “Qonşu qonşu olsa”, “Ömrün yolları”, “Yollar görüşəndə” tamaşalarına musiqi, “Asif, Vasif, Ağasif” , “Tələ” kinofilmlərinə musiqi xüsusi qeyd oluna bilər.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

Ruhəngiz Qasımova 9 oktyabr 2022-ci ildə Honkonqda dünyasını dəyişmişdir.

Tanınmış bəstəkar, gözəl insan Ruhəngiz Qasımovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti