12.10.2022 - 38 - Mədəniyyət
Oktyabrın 9-da Honkonqda vəfat edən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə APA-ya Əməkdar artist Tahir İmanov açıqlamasında deyib.
O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq.
Qeyd edək ki, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyi bildirilmişdi. Bəstəkarın nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.