14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

“Şükür ki, əks cinsə meyilliyəm, qadına yox” - Pərvin Abıyeva

17.10.2022 - 82 - Maqazin

“Tək sevdiyim insandan yox, dostlarımdan, əhatəmdən, iş yoldaşlarımdan da xəyanət görmüşəm. Xəyanətə artıq öyrəşmişəm”. 

OLAY yazır ki, bu sözləri Pərvin Abıyeva “Qırmızı” adlı yutub layihəsində qonaq olarkən deyib.

Məşhur aktrisa bəylər tərəfindən aldadıldığını, əksəriyyətinin yalan danışdığını bildirib:


“Bəzi kişilər qadını əldə edə bilməyəndə başqa yollara əl atır. Bilir ki, hər bir qadının zəif nöqtəsi ailə qurmaq, uşaq sahibi olmaqdır. Düşünür ki, bunu necə əldə edə bilərəm? Ən yaxşısı, həmin qadına evlilik təklif edib, əldə etməkdir. Hara qədər gedər-gedər. “Tutar qatıq, tutmaz ayran”. O baxımdan aldanmışam”.

P. Abıyeva deyib ki, ən böyük arzusu ana olmaqdır:


“Həyatımda istədiyim bir tək şey var. Onu əldə etməmişəm, amma etmək istəyirəm. Ana olmaq istəyirəm. İnşallah”.

Pərvin həmcinslərinə meyilli olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib:

 

“Allah məni o günə salmasın. Eynicinslərə qarşı heç zaman meylim olmayıb. Əhatəmdə elə insanlar olub. O onların düşüncəsi, seçimi, yaşayışıdır. Ümumiyyətlə insanları qınamağı sevmirəm. Əgər meylim olsaydı, indiyə kimi bir qız və ya qadınla adım birgə çıxardı. Bilirsiniz ki, adım kimlərlə birgə çıxıb və hallanıb. Yəni hər zaman əks cins olub. Şükür ki, əks cinsə meyilliyəm, bir qadına yox”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti