21:57 Müğənninin keçmiş polis əri: “Bu yaşımda başıma nə oyun açırsınız?!“  |     17:17 Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?  |     12:38 Zeynəb Xanlarovanın yeni fotosu yayıldı  |     12:08 “5 manat istəyirlər, qazandığımı sizə verməliyəm?” - Vüsalə “parkovşik”lərdən gileyləndi  |     08:03 Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?  |     19:44 Əməkdar artistin “Range Rover”indən oğurluq edildi  |     17:18 "Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə  |     17:11 Rəşad Dağlı 14 ilədək həbs oluna bilər - İBTİDAİ İSTİNTAQ BİTDİ  |     17:08 “Quduzluq iynənizi almışam, bu yaxınlarda vuracağam"  |     11:31 Rövşanədən Nigara cavab: Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm  |     10:43 “Rövşanə öz sənətçisini əzdi”  |     09:08 “Dərmanları atmaqdan imtina edirdi...” — Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib?  |     09:05 Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər  |     09:03 Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“  |     08:40 Aynişanın Şri-Lanka səfəri burnundan gəldi: “Zəlilər hücum çəkdi”  |     08:23 Xalq Artisti Mehriban Zəkinin son durumu: “Hazırda hospitaldadır”  |     10:02 “Oqtay güclü olduğumu bilib getdi”  |     09:58 “Eyni şeyləri yaşamaqdan çəkinirəm” Ülviyyə Xəlilbəyli  |     09:55 Hüseyn izləyicisinə 675 min bağışladı  |     09:53 "İlhamədən sonra şou-biznesdə boşluq əmələ gəlib"  |    

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə sosial media rəhbərləri ilə mühim görüş keçirilib FOTO

21.10.2022 - 149 - Manşet / Sosial

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə sosial mediada (instagram ve telegram) aktiv kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib.


İyirmiyə yaxın sosial media fəalı olan jurnalistin dəvət edildiyi görüşü giriş sözü ilə Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq iştirakçıları rəhbərlik etdiyi qurumun missiyası barədə məlumatlandırıb. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya məkanı genişlənməkdədir. Bir zamanlar internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri ənənəvi medianı sıxışdırırdısa, artıq sosial mediadakı aktiv kanallar və səhifələr cəmiyyətdə populyardırlar. Onlar ictimai rəyə təsirləri getdikcə artmaqdadır. Azərbaycan Mətbuat Şurası bu təsirin ictimai faydalarını görmək istəyir.

MŞ sədri çıxışında onu da bildirib ki, görüş həm Azərbaycan Mətbuat Şurasını narahat edən məqamlara aydınlıq gətirmək, həm də sosial media fəallarının üzləşdikləri çətinliklərlə tanış olmaq məqsədi daşıyır. R.Məcid həmçinin Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətinin də olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, qurumun Etika Komissiyasının sədri, professor Qulu Məhərrəmli çıxışında sözügedən müraciət barədə ətraflı məlumat verib. Q.Məhərrəmli MŞ-nin informasiya məkanındakı problemlərin media müstəvisində həllinin tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, söz və ifadə azadlığının dəyər kimi qorumaq vacibdir. Buna görə də etik prinsiplər önə çəkilməlidir.

MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında informasiya məkanında ictimai maraq və mənafelərin qorunmasının peşə etikasına riayətdən asılı olduğunu əsaslandırıb və bildirib ki, bu, həm də cəmiyyətin gözləntisidir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Hacıbəy Heydərli, Yadigar Məmmədli və Aqil Ələsgər də sosial mediadakı vəziyyət haqda danışıblar. 

Sosial mediada fəal kanal rəhbərləri və səhifə idarəçiləri – Elçin Lənbəranski, Tofiq Şahmuradov, Zəminə Rüstəmova, Zəhra Əhmədova, Araz Əhmədov, Kamran Muradov, Pərviz Hüseyn, Nazim Qasımzadə çıxışlarında istinad, sosial mediada elmi kontent məsələləri üzərində dayanıblar. Onlar həmçinin Şurada sosial şəbəkələrlə bağlı komissiyanın formalaşdırılmasını təklif ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, Şuranın sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciəti məqbul qiymətləndirilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti