11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"Aygün Kazımova mənim ən gözəl əsərimdir" - Tanınmış bəstəkar

7.11.2022 - 118 - Maqazin

"Aygün özü mənim ən gözəl əsərimdir. Mən onun şəxsi və iş həyatında daim yanında olmuşam. Buna çox çalışmışam. Çünki gənc bir qız birdən-birə məşhurlaşdı".

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Düzünə qalsa..." verilişində qonaq olarkən, deyib. O, Xalq artisti Aygün Kazımova barədə maraqlı açıqlamalar verib:


"Onu hər yerdə tanıyırlar və səhvlər etmək imkanı çoxalır. Həmin zamanlar ayıq birisi onların yanında olmalıdır ki, yanlışdan tutub saxlasın. Bacardığım qədər ona hər şeyi öyrədirdim, qoruyurdum, tövsiyyələr edirdim. O, valideynlərindən çox erkən yaşda ayrılıb, parta arxasından qalxandan. Onu əlimin nəbzində saxlamışdım, bir ehtiyacı olan kimi gəlirdim.

Mən heç vaxt Aygünü qışqırıb-bağıran görməmişəm. Görməmişəm ki, kimsə bu barədə desin. Bu onun xasiyyətindən irəli gəlirdi, ifasında da hiss olunur. Ona görə sevilirdi o. Aygünə qarşı inanılmaz sevgi olub, görülməmiş bir şeydir bu. Heç bir müğənnidə olmayıb. Bunun canlı şahidi olmuşam. Onu görən ağlayırdı ki, Aygün canlı qarşımdadır... Belə səhnələr görmüşəm mən".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti