13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Nuranın şikayət etdiyi şəxs həbs olunub - RƏSMİİ

16.11.2022 - 92 - Maqazin

Müğənni Nura Suri cinayətkar tərəfindən narahat olunduğunu iddia edib.


Bu barədə o, instaqramda bildirib.


Məsələ ilə bağlı saytımıza açıqlama verən Suri qeyd edib ki, həmin şəxs onu axşam saatlarında telefon zəngləri və ismarışlarla narahat edib: “Dayanmadan zəng edirdi.


 Adətən tanımadığım nömrələrdən gələn zəngləri açmıram. Çox təkid etdiyindən açdım. Ayıq adamın səsinə oxşamırdı, çox güman, sərxoş və ya narkotik vasitənin təsiri altında idi. Məni təhqir edir, hədələyirdi. Dəstəyi asdım. Sonra vatsap vasitəsilə səslər göndərməyə, məni təhqir etməyə başladı”.

 

Surinin sözlərinə görə, son günlər bir qrup şəxs qadın müğənnilərə zəng edir, ismarış yazır və onlardan pul tələb edir, əks halda haqlarında rüsvayedici məlumatlar yayacaqları ilə təhdid edirlər.


Müğənni bildirib ki, elə gecə saatlarında Daxili İşlər Nazirliyinin (DİN) feysbuk hesabına ismarış yazıb: “Müraciətimi qeydə aldılar, səhərisi gün Bakı Şəhər Baş Polis İdarəsindən zəng etdilər. Məndən gəlib ərizə yazmağımı xahiş etdilər. Ərizəni yazdım. Orada onun cinayətkar olduğunu öyrəndim”.


Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, müğənni Aynurə Suri naməlum şəxsin ona zəng edərək təhqir etməsi ilə bağlı sosial şəbəkə vasitəsilə DİN-ə müraciət edib:


“Müraciət Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. Müəyyən olunub ki, ona zəng edən şəxs paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdur. Araşdırma zamanı məlum olub ki, M.Məmmədov bir neçə gün öncə oğurluq cinayəti törətdiyinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə başladılmış cinayət işinin istintaqı davam edir. Buna baxmayaraq, Aynurə Surinin müraciəti əsasında araşdırma davam etdirilir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti