09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

"Övlad acısı yaşadım" - Nazpəri

8.12.2022 - 105 - Maqazin

"Böyük ağrı-acı çəkdim, amma böyük sevgi qazanmışam. Əlbəttə ki, bunun bir bədəli olmalıdır. Ona görə Allahıma şükürlər edirəm. Verəcəyinə də, alacağına da şükürlər olsun. Buna görə nankorluq edə bilmərəm".


Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Günün sədası" proqramında deyib. Müğənni oğlu Əlini itirməsindən danışıb:

"Acıların acısı var imiş... Övlad acısını mən yaşadım. Bilmədim… "Nə olar Allahım, ayırma bizi". Heç vaxt gözləməzdim ki, bu sözləri nə zamansa deyəcəyəm. Hər an göz yaşı axıtmışam. Çünki sevincim də olub... İndi artıq o dövrdən sonraki həyatımı yaşayıram".

Nazpəri övladının ona etdiyi son vəsiyyətindən danışıb:

"Əli son nəfəsində mənə 3 söz dedi: Dedi, haqqını halal et. Güclü qadınsan, sevənlərinin gözünü yolda qoyma, sənəti, səhnəni atma. Onun gedəcəyini bilmirdim. Baxırdım ki, nə deyir. Əlinin əmiləri, əmisi uşaqları, atası 40 yaşda ürəktutmadan vəfat edib. Təsəvvür etmirdim bizdə də olar. Əli heç vaxt demirdi ürəyi ağrıyır. Əməliyyat olunmuşdu, xəstəxanada yatmışdı, amma ürəyindən şikayətlənməmişdi". 

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli ötən il 41 yaşında ürək çatışmazlığından vəfat edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti