16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |     23:46 Moskvada Aygün Kazımovaya görə izdiham!  |     23:41 Mələkxanımın qızı AzTV-də işə başladı  |     23:32 “Biz bayram keçirmirik” - Xalq artisti  |     22:55 Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: "Əfi ilan saxlamışam"  |     22:34 "Atam son nəfəsində vəsiyyət etdi ki..." - Rafael Dadaşovun qızı  |     22:13 “Rəşad həmin oğuldur ki…” – Vəkili həbsdəki meyxanaçıdan yazdı  |     22:08 “68 min verib toyuma Mahsunu gətirəcəm” - Türkan Vəlizadə  |     18:15 Hacı Nuran Pərvanəyə elçi çıxdı - TOY GÖZLƏNİLİR  |     14:40 Sibel Can yenə Bakıya gəldi  |     14:37 “Bacım dedi, bu oğlana ərə getməlisən”  |     13:31 Məleykə Əsədovanın bu fotoları müzakirələrə səbəb oldu  |     10:06 Piyadanı vurub qaçan Səbinə Kətənovaya hökm oxundu - 6 Ay Azadlıqdan...  |    

Azərbaycanda Xalq artistləri işdən çıxarıldı - Nazirlikdən AÇIQLAMA

9.12.2022 - 45 - Mədəniyyət

Mədəniyyət Nazirliyi Azərbaycanın tanınmış aktyorları - Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılmasına aydınlıq gətirib.


SHOWXEBER.AZ xəbər verir ki, nazirlikdən "Report"a bildirilib ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur. Bildirilib ki, mədəniyyət, elm, təhsil kimi sahələrdə çalışanlarla bağlı istisna halları mövcuddur:

"Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir". Nazirlikdən vurğulanıb ki, əksər teatrlarda bu gün də qocaman sənətkarlar çalışır:
Ətraflı

"İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir.

Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur.

Teatrların ştatları isə məhdud saydadır və stabildir". Mədəniyyət Nazirliyindən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür: "Ona görə də, imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti