9.12.2022 - 72 - Maqazin
Müğənni Aysun İsmayılova yemək çatdırılma şirkəti “Wolt”u sərt tənqid edib.
SHOWXEBER.AZ xəbər verir ki, onlayn yemək sifariş edən ifaçı sifarişi açdıqda xoşagəlməz mənzərə ilə qarşılaşıb.
“Instagram” hesabında bu barədə paylaşım edən Aysun artıq dəfələrlə bu problemlə üzləşdiyini qeyd edib:
““Wolt”un biabırçılığına baxın. Bu artıq neçənci dəfədir ki, belə problem yaranır. Bu qədər pul ödəyirik... Bütün şirələri yeməklərin içinə dağıdıblar. Belə şey olar? Bu nə tərbiyəsizlikdir? Haram xoşunuz olsun!”