17.12.2022 - 52 - Maqazin
Müğənni Hiss yol polisi tərəfindən cərimələnməsindən danışıb.
SHOWXEBER.AZ olay-a istinadən xəbər verir ki, bu barədə Xəzər FM-in "Surət həddi" verilişində açıqlama verib. Sənətçi deyib ki, avtomobili iki dəfə cərimə meydançasına aparılıb:
Polis saxladı məni, dedi, maşından nəsə iyi gəlir. Dedim ki, ola bilər. Soruşdu ki, içkilisiz? Dedim, yox, mən içmirəm. Sonra yoxlanış etdi, dedi, nəsə var. Mən də saf kimi söylədim ki, axşam 1 stəkan içmişəm, bəlkə odur. Ona da o sözü deyərlər?
Cəriməni yazdı, maşını da cərimə meydançısına apardılar. İkinci dəfə isə qəza olanda cərimə meydançasına aparmışdılar. İki dəfə də pis adla aparıblar. Birinci içkiyə görə, o da heç içməmişdim. Digərində də qəza adı ilə. Ən pisləri başıma gəldi".