17.12.2022 - 66 - Maqazin
Əməkdar artist Aybəniz Haşımova xərçəngdən əziyyət çəkən bacısı Şəhla Haşımova ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni bacısının xərçəngdən sağaldığını bildirib.
"Bacım Şəhla Haşımova yüz faiz onkoloji xəstəlikdən qurtuldu. Şəhla 6 ay bundan əvvəl ciddi problem yaşadı. Hamımız qorxmuşduq. Biz bacılar, qardaşları onun üçün nə qədər canı yansa da, dua etməkdan başqa imkanımız çatmırdı. Çox şükür sağlamlığına qovuşdu" deyə, A.Haşımova bildirib.
Qeyd edək ki, ifaçının bacısı Şəhla Haşımova bu ilin martında xəstəxanaya yerləşdirilərək orada əməliyyat olunub.