20.12.2022 - 61 - Maqazin
Reyhan adlı azərbaycanlı müğənni Rusiyada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda aktyor və aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında məlumat yayıb.
O, həmin xanım sənətçinin dəhşətli avtomobil qəzasında vəfat etdiyini açıqlayıb.
Qəzadan sonra videogörüntüləri və Reyhanın fotosunu izləyiciləri ilə bölüşən Sərxan “Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi” sözlərini əlavə edib.