25.12.2022 - 59 - Maqazin
Xalq artisti Faiq Ağayev uzun müddətdir solo konsert verməməsindən bəhs edib.
SHOWXEBER.AZ xəbər verir ki, bununla bağlı "Space maqazin"ə açıqlama verən müğənni solo konsertə hazırlaşdığını deyib:
"Pandemiya planlarımızı çox dəyişdi. 3 il konsertsiz qaldım. Bu, mənim üçün ən böyük cəzalardan biridir.
Ümid edirəm ki, 2023-də tamaşaçıları ənənəyə uyğun olaraq dekabrda başıma toplayıb, solo konsert keçirəcəyəm".