21:57 Müğənninin keçmiş polis əri: “Bu yaşımda başıma nə oyun açırsınız?!“  |     17:17 Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?  |     12:38 Zeynəb Xanlarovanın yeni fotosu yayıldı  |     12:08 “5 manat istəyirlər, qazandığımı sizə verməliyəm?” - Vüsalə “parkovşik”lərdən gileyləndi  |     08:03 Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?  |     19:44 Əməkdar artistin “Range Rover”indən oğurluq edildi  |     17:18 "Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə  |     17:11 Rəşad Dağlı 14 ilədək həbs oluna bilər - İBTİDAİ İSTİNTAQ BİTDİ  |     17:08 “Quduzluq iynənizi almışam, bu yaxınlarda vuracağam"  |     11:31 Rövşanədən Nigara cavab: Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm  |     10:43 “Rövşanə öz sənətçisini əzdi”  |     09:08 “Dərmanları atmaqdan imtina edirdi...” — Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib?  |     09:05 Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər  |     09:03 Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“  |     08:40 Aynişanın Şri-Lanka səfəri burnundan gəldi: “Zəlilər hücum çəkdi”  |     08:23 Xalq Artisti Mehriban Zəkinin son durumu: “Hazırda hospitaldadır”  |     10:02 “Oqtay güclü olduğumu bilib getdi”  |     09:58 “Eyni şeyləri yaşamaqdan çəkinirəm” Ülviyyə Xəlilbəyli  |     09:55 Hüseyn izləyicisinə 675 min bağışladı  |     09:53 "İlhamədən sonra şou-biznesdə boşluq əmələ gəlib"  |    

““Cinemazadeh”in rəhbəri narkotik istifadə edir, 1001 işlə məşğul olur” - ŞOK AÇIQLAMA

13.01.2023 - 35 - Maqazin

Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib. Tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb.


Aktyor Musavat.com-a açıqlamasında onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında danışıb. O, adıçəkilən şirkətin rəhbəri Cəfər Axundzadəni psixi problemləri olan, narkotik istifadəçisi adlandırıb:


“Hazırda çəkilişlərdəyəm və bununla bağlı xəbəri sizin kimi mətbuatdan öyrənmişəm. Bildirim ki, “Cinemazadeh” şirkəti ilə 3 il əvvəl bizim aramızda bir film ilə bağlı müqaviləmiz olub. Onlar mənə avans ödəyib, daha sonra filmi 3 ay, 5 ay, bir il sonra çəkəcəklərini dedilər. İndi isə gəlib məndən həmin avansı istəyirlər ki, bu da çox absurd məsələdir. “Cinemzadeh” şirkəti əvvəl yaxşı idi, indi isə özünü tamamilə rüsvay etmiş şirkətdir. Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir, hansıki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normal adam kimi qəbul etmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır. Ümumiyyətlə, baxın görün “Cinemzadeh” şirkətinin çəkdiyi son işlərdən kim razıdır? Aktyordan tutmuş, qrim edənə qədər hamının pulunu kəsirlər. Şirkətin işçiləri böyük “yeyinti” ediblər. Şirkətin rəhbəri 2-3 milyon manat pul yeyib. İndi isə çalışırlar ki, müxtəlif yollarla hansısa aktyoru və yaxud kimisə məhkəməyə verib, pul əldə etsinlər”.


Fotoda Cəfər Axundzadə

M. Şahverdiyev məhkəməyə verilməsinin əhəmiyyətsiz bir iş olduğunu deyib:


“Mən buna əhəmiyyətli baxmıram. Məhkəmə olacaqsa, gedib iştirak edəcəm. Amma bir daha qeyd edirəm ki, həmin şəxsləri normal insanlar hesab etmirəm. Bir mesaj göstərsinlər ki, film çəkilməyə başlayıb və mən gəlməkdən imtina etmişəm, gəlməmişəm. Yəni bu, çox mənasız, dəxlisiz söhbətdir. Əslində, əvvəldən mən şirkəti məhkəməyə verməliydim, gecikmişəm. Məhkəməyə verməli idim ki, avansı verdikdən sonra mənə bildirilib ki, həmin sezonda başqa filmə çəkilməməliyəm. Həmin yayda  mən başqa işlərimdən oldum. Daha sonra dedilər ki, film qışda çəkiləcək. Sonra isə digər yayda çəkiləcəyi deyildi. Beləliklə, 3 il keçdi və bu müddət ərzində mənim xeyli itirdiklərim olub. Buna görə, gərək mən onları məhkəməyə verib, təzminat tələb edim”.


Qeyd edək ki, M. Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti