12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Nazilə Fatimə ilə məhkəməsindən DANIŞDI: “50 min manat təzminat ödəyərsən, ağlın gələr başına”

13.01.2023 - 91 - Maqazin

“Bilirəm ki, təhqir olunmuşam (Rəqqasə Fatimə Fətəliyeva tərəfindən təhqir olunduğunu nəzərdə tutur – red). Sosial şəbəkədə bir post paylaşmışdım. Orada yazmışdım ki, bir rəqqasə. Amma o rəqqasənin kim olduğunu bilmirdim. Mənə söyləmişdirlər ki, bir rəqqasə. Gördülər ki, çox israr edirəm yayındırmaq üçün həmin rəqqasənin oriental rəqslər oynadığını söylədilər. Ünvanını axtarırdım, yiyəsi sözünü götürdü”. 

Bizim.Media xəbər verir ki,  bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Nazilə “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan münaqişəni yenidən “saf-çürük” edib: 

“Bir məkana getmişdim. Oranı reklam edirdim. Məni oraya dəvət edən qadın dedi ki, səndən kim soruşsa ki, burada hansı şərtlərlə prosedurları qəbul edirsən, deyərsənki pul ödəyirəm. Cavabında söylədim ki, bu qədər aciz qalmışam ki, həm pul ödəyirəm, həm reklam edirəm? Bu nə deməkdir? Mənə çox pis təsir etdi. Sonra söylədilər ki, rəqqasələrdən biri deyib ki, məkanınıza gəlmək istəyirəm. Ona söyləyiblər ki, prosedurlar ödənişlidir. Rəqqasə isə deyib ki, “Xeyir ola, kobu Naziləni pulsuz reklama çağırırsız. Amma mənim kimi incə rəqqasəni çağırmırsınız”. Bunu mənə oranın işçisi yox, məkana dəvət edən insan deyib. Paylaşdığım postda yazmışam ki, vaxtında yiyəmiz olub, bizi masaların üstünə çıxmağa qoymayıblar, kobud qalmışıq, bağışla, üzr istəyirəm”. 
Rəqqasədən 50 min manatlıq mənəvi təzminat tələb edən şairə aralarında baş tutan məhkəmədən söz açıb: 

“Məhkəmə hələ nəticə verməyib. Qarşı tərəfdən 50 min manat mənəvi təzminat istəmişəm. Qarşı tərəfin vəkili bildirib ki, bu sözlərin heç biri təhqir deyil. Qarşılıqlı diskusiya başladığından, məsələmiz linqvistiq ekspertizaya getsin. İş linqvistik ekspertizaya gedib qayıdıb yenidən məhkəməyə. Məhkəmə isə yenilənib. Növbəti məhkəmə nə zaman olacaq, bilmirəm”. 

Səfərli Fətəliyevanın üzrxahlığını qəbul etməyəcəyini və barışığın olmayacağını bir daha diqqətə çatdırıb: 

“Deyirlər ki, başını burax, sən ondan pul alansan? Filanıncı ildə gəlib məndən rəqs paltarı alıb, hara getmişdin? Kimin üçün rəqs etməyə getmişdin?  Bunu bir şairəyə, gəlini, böyük övladları olana demək olar? Bu sözlər namusa, vicdana ləkədir. Deyirəm ki, bu gün 50 min manat təzminat ödəyərsən, ağlın gələr başına, bundan sonra ağzında “filtr”in işləyər.
Bir insanın əxlaqına dil uzaqmaq olmaz. Ona 15 gün vaxt verdim. Ya üzr istə, ya da dediklərini sübut et. Mənə isə ismarış göndərdi ki, sən kimsən ki, səndən üzr istəyim. Bundan sonra barışığın nə yeri? Onun barışığına ehtiyacım yoxdur. Bir dəfə “Maşın” realiti şousunda iştirak edəndə, Fatimə “Naziləni dəstəkləmək üçün buraya gəlmişəm” dedi. Aləmi bir-birinə iki dəfə belə qatıb, sonra gəlib məndən üzr istəyib”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti