21:57 Müğənninin keçmiş polis əri: “Bu yaşımda başıma nə oyun açırsınız?!“  |     17:17 Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?  |     12:38 Zeynəb Xanlarovanın yeni fotosu yayıldı  |     12:08 “5 manat istəyirlər, qazandığımı sizə verməliyəm?” - Vüsalə “parkovşik”lərdən gileyləndi  |     08:03 Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?  |     19:44 Əməkdar artistin “Range Rover”indən oğurluq edildi  |     17:18 "Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə  |     17:11 Rəşad Dağlı 14 ilədək həbs oluna bilər - İBTİDAİ İSTİNTAQ BİTDİ  |     17:08 “Quduzluq iynənizi almışam, bu yaxınlarda vuracağam"  |     11:31 Rövşanədən Nigara cavab: Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm  |     10:43 “Rövşanə öz sənətçisini əzdi”  |     09:08 “Dərmanları atmaqdan imtina edirdi...” — Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib?  |     09:05 Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər  |     09:03 Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“  |     08:40 Aynişanın Şri-Lanka səfəri burnundan gəldi: “Zəlilər hücum çəkdi”  |     08:23 Xalq Artisti Mehriban Zəkinin son durumu: “Hazırda hospitaldadır”  |     10:02 “Oqtay güclü olduğumu bilib getdi”  |     09:58 “Eyni şeyləri yaşamaqdan çəkinirəm” Ülviyyə Xəlilbəyli  |     09:55 Hüseyn izləyicisinə 675 min bağışladı  |     09:53 "İlhamədən sonra şou-biznesdə boşluq əmələ gəlib"  |    

"Tünzalənin arxasıyca artıq danışmayın" - Video

25.01.2023 - 39 - Maqazin

"Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun tamaşaçılara, xalqa aidiyyatı yoxdur. Fond incəsənət xadimləri üçündür. Yalnız incəsənət xadimləri, aktyor yoldaşları ora pul yatırsın ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, istəsə də cehizinə xərcləsin. Bir sənət adamları birləşib bu fondu yaratmaq istəyirik".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva deyib. O, Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifinə aydınlıq gətirib:

"Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub: müalicəsində, ev almasında".

Ü.Əliyeva "Toppuş bacı"ya "sənətkar" deyilməsini tənqid edənlərə cavab verib:

"Tünzalə peşəkar aktrisa idi, İncəsənət Universitetinin dram, kino fakültəsini bitirib. Gəncə Kukla, Gəncə Dram Teatrında, Bakıda İrəvən Teatrında yetərincə çalışıb. Onun qiymətini Prezident verib və "Əməkdar artist" fəxri adına layiq görülüb. Kimsə onun yaradıcılığını izləməyibsə, hansısa verilişdə görübsə, ölünün arxasınca artıq danışmayın. O, tamaşaçının sevimlisi idi, belə də qalacaq. Onu nə qədər sevən var biz gördük. Üç mərasimində zalın yarısı tamaşaçılar idi. Vida və dəfn mərasimini də nə qədər insan gəldi. Ona hörmətlə yanaşın. Hər sənət adamına bu cür hörmətlə dəfn, vida mərasimi qismət olmur". 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti