21:57 Müğənninin keçmiş polis əri: “Bu yaşımda başıma nə oyun açırsınız?!“  |     17:17 Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?  |     12:38 Zeynəb Xanlarovanın yeni fotosu yayıldı  |     12:08 “5 manat istəyirlər, qazandığımı sizə verməliyəm?” - Vüsalə “parkovşik”lərdən gileyləndi  |     08:03 Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?  |     19:44 Əməkdar artistin “Range Rover”indən oğurluq edildi  |     17:18 "Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə  |     17:11 Rəşad Dağlı 14 ilədək həbs oluna bilər - İBTİDAİ İSTİNTAQ BİTDİ  |     17:08 “Quduzluq iynənizi almışam, bu yaxınlarda vuracağam"  |     11:31 Rövşanədən Nigara cavab: Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm  |     10:43 “Rövşanə öz sənətçisini əzdi”  |     09:08 “Dərmanları atmaqdan imtina edirdi...” — Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib?  |     09:05 Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər  |     09:03 Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“  |     08:40 Aynişanın Şri-Lanka səfəri burnundan gəldi: “Zəlilər hücum çəkdi”  |     08:23 Xalq Artisti Mehriban Zəkinin son durumu: “Hazırda hospitaldadır”  |     10:02 “Oqtay güclü olduğumu bilib getdi”  |     09:58 “Eyni şeyləri yaşamaqdan çəkinirəm” Ülviyyə Xəlilbəyli  |     09:55 Hüseyn izləyicisinə 675 min bağışladı  |     09:53 "İlhamədən sonra şou-biznesdə boşluq əmələ gəlib"  |    

"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"

28.01.2023 - 37 - Maqazin

"Aygün Kazımova illərin sınağından keçmiş dostumdur. Onun illər ərzində musiqiyə, incəsənətə verdiyi töhvələr ən gözəl alqışa layiqdir. O, saf sənət niyyətli insandır. Ona görə də onu yolu, mövqeyi, əvəzolunmaz yeri hər zaman möhkəmdir".

Axşam.az xəbər verir ki, bu sözləri "Evdəkilərə salam" verilişinin efirində Xalq artisti Aygün Kazımovanı ad günü münasibəti ilə təbrik edən Xalq artisti Murad Dadaşov deyib.

"Aygün Azərbaycan estradasının nəinki parlaq və parlayan ulduzudur, eyni zamanda inqilabi bir şəxsdir. Həmişə bunu demişəm, deyirəm və yenidən təkrar edirəm; necə ki, vaxtı ikən böyük sənətçimiz, SSRİ Xalq artisti Zeynəb Xanlarova Azərbaycan musiqisinə inqilabi gəlişi ilə yeni töhfə verdi, eyni ilə Aygün də ən müasir dövrdə eyni dərəcə ilə səhnəyə təşrif buyurdu və dəbin formalaşmasında çox önəmli rol oynadı" deyə, şoumen sözlərinə əlavə edib.

Dadaşov Kazımova ilə bağlı maraqlı nüansı açıqlayaraq onun ifa texnikasını heç kəsin təkrara edə bilməyəcəyini etiraf edib:

"Bir maraqlı detalı da bölüşmək istəyirəm. Vaxti ilə "Yeni ulduz" müsabiqəsinin münsif kürsüsündə əyləşmişdim və iştirakçılar müxtəlif mahnılar oxuyurdular. Kimisi gəlirdi o ifaçıdan, kimisi də bu müğənnidən oxuyurdu.

Aygün xanımın mahnılarına gəlib çatanda və akapella, yəni musiqisiz ifa olunanda o zaman bilindi ki, ifa texnikasına görə, nə qədər mürəkkəb mahnılardır. Bizim hər birimizə asan gəlir o mahnılar - "Şəklimi çək", "Badə nə badə", "Matros" və digər dillər əzbəri olan mahnılar,. Aygünün ifası və ifa texnikası çox mükəmməldir. Onu hər adam təkrar edə bilməz".  


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti