21:57 Müğənninin keçmiş polis əri: “Bu yaşımda başıma nə oyun açırsınız?!“  |     17:17 Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?  |     12:38 Zeynəb Xanlarovanın yeni fotosu yayıldı  |     12:08 “5 manat istəyirlər, qazandığımı sizə verməliyəm?” - Vüsalə “parkovşik”lərdən gileyləndi  |     08:03 Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?  |     19:44 Əməkdar artistin “Range Rover”indən oğurluq edildi  |     17:18 "Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə  |     17:11 Rəşad Dağlı 14 ilədək həbs oluna bilər - İBTİDAİ İSTİNTAQ BİTDİ  |     17:08 “Quduzluq iynənizi almışam, bu yaxınlarda vuracağam"  |     11:31 Rövşanədən Nigara cavab: Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm  |     10:43 “Rövşanə öz sənətçisini əzdi”  |     09:08 “Dərmanları atmaqdan imtina edirdi...” — Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib?  |     09:05 Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər  |     09:03 Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“  |     08:40 Aynişanın Şri-Lanka səfəri burnundan gəldi: “Zəlilər hücum çəkdi”  |     08:23 Xalq Artisti Mehriban Zəkinin son durumu: “Hazırda hospitaldadır”  |     10:02 “Oqtay güclü olduğumu bilib getdi”  |     09:58 “Eyni şeyləri yaşamaqdan çəkinirəm” Ülviyyə Xəlilbəyli  |     09:55 Hüseyn izləyicisinə 675 min bağışladı  |     09:53 "İlhamədən sonra şou-biznesdə boşluq əmələ gəlib"  |    

"Ülviyyəyə tapşırmışam ki, bu, sosial şəbəkəyə yayılmasın"

30.01.2023 - 35 - Maqazin

"Əslində bu, mənə xoş olmayan mövzudur və hər zaman bundan qaçıram. Çünki, istəyərəm ki, gözəl musiqi, yaxud film təklifi alım. Sadəcə həyat elə gətirib ki, həyat yoldaşım da bu sənətdədir. Hər evdə söz-söhbət olur, amma bizdə daha çox yayılır."

Axşam.az xəbər verir ki, bunu aktyor Murad İsmayıl "Gündən günə" proqramında qonaq olarkən deyib.

O, uzun müddətdir həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli ilə boşanmaları haqqında gəzən iddialar barədə ilk dəfə danışıb:

"İlk dəfədir ki, mən efirə çıxmamışdan qabaq heç bir telefon zəngində bunu tapşırmadım ki, mənə bu suallar verilməsin. Çünki cavab verən kimi hamı yazır. Əslində bu, bəziləri üçün piardır, amma mən bundan qaçıram. Əslində bu suala Ülviyyə cavab verib. Yəni biz boşanmamışıq. Bunu mən də təsdiqləyirəm. Amma çox istəyərəm ki, bu barədə danışmasınlar. Həyat yoldaşıma da tapşırmışam ki, evdə nə söz-söhbət olursa, hətta buna görə, böyük incikliyim olub, istəmirəm ki, bu, sosial şəbəkəyə yayılsın.
Toyumuz yayıldı, 6-7 kanal gəldi. Bir nəfər deyə bilməz ki, kanal çağırmışdım ki, gəlin bizim toyumuzu çəkin. Yəni, bu məndən asılı bir şey deyil. Bu sənətdəyəmsə deməli, insanları işdən çox mənim şəxsi həyatım maraqlandırır. Ona görə də mən o reytinqdən qaçdığım üçün istəyərəm ki, bu mövzular birdəfəlik bağlansın. Heç bir müsahibə vermirəm, boşanmamışam. Hər bir ailədə söz-söhbət olur. Boşansam da bunu açıq şəkildə deyərəm ki, boşanmışam. Heç kim heç nədən sığortalanmayıb".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti