21:57 Müğənninin keçmiş polis əri: “Bu yaşımda başıma nə oyun açırsınız?!“  |     17:17 Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?  |     12:38 Zeynəb Xanlarovanın yeni fotosu yayıldı  |     12:08 “5 manat istəyirlər, qazandığımı sizə verməliyəm?” - Vüsalə “parkovşik”lərdən gileyləndi  |     08:03 Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq?  |     19:44 Əməkdar artistin “Range Rover”indən oğurluq edildi  |     17:18 "Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə  |     17:11 Rəşad Dağlı 14 ilədək həbs oluna bilər - İBTİDAİ İSTİNTAQ BİTDİ  |     17:08 “Quduzluq iynənizi almışam, bu yaxınlarda vuracağam"  |     11:31 Rövşanədən Nigara cavab: Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm  |     10:43 “Rövşanə öz sənətçisini əzdi”  |     09:08 “Dərmanları atmaqdan imtina edirdi...” — Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib?  |     09:05 Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər  |     09:03 Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“  |     08:40 Aynişanın Şri-Lanka səfəri burnundan gəldi: “Zəlilər hücum çəkdi”  |     08:23 Xalq Artisti Mehriban Zəkinin son durumu: “Hazırda hospitaldadır”  |     10:02 “Oqtay güclü olduğumu bilib getdi”  |     09:58 “Eyni şeyləri yaşamaqdan çəkinirəm” Ülviyyə Xəlilbəyli  |     09:55 Hüseyn izləyicisinə 675 min bağışladı  |     09:53 "İlhamədən sonra şou-biznesdə boşluq əmələ gəlib"  |    

“Onlar obraz üçün yox, özləri üçün öpüşürlər” - “Əqrəb mövsümü” tənqid olundu

30.01.2023 - 93 - Sosial

Azərbaycanda gündəm yaradan "Əqrəb mövsümü" serialında öpüşmə səhnəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 
Belə ki, serialın final bölümündəki öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu kadrlara görə aktyorları tənqid atəşinə tutublar. 

Bəs görəsən, Azərbaycan tamaşaçısı xarici istehsal olan film və seriallarda bunu qəbul etsə də, niyə yerli işlərdə buna sərt reaksiya verir? 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Mehriban Xanlarova bildirib ki, yerli tamaşaçı mentalitetə görə bu cür səhnələri qəbul edə bilmir: 

"Mən “Əqrəb mövsümü”nü izləməmişəm. Amma bizim mentalitetimiz bu cür səhnələri qəbul etmir. Yerli tamaşaçı aktyor, aktrisaların açıq-saçıq səhnələrinə hələ alışmayıb. Onlar yerli işlərdə belə kadrlar görmədiklərinə görə, bu gün yayımlanan səhnələrə bu cür tənqidi reaksiya verib qınayırlar. Bu yalnız zamanla düzələ bilər. İndi gənclər gəlir, artıq internet dövrüdür. Ona görə bu barədə danışmağa çətinlik çəkirəm. İndi durub bir söz desəm, başlayacaqlar məni topa tutmağa. Mənsə başımın ağrımağını istəmirəm. Bircə onu bilirəm ki, biz hələ bu cür səhnələri qəbul etməyə hazır deyilik, amma xarici seriallara baxırıq, bəh-bəhlə də qəbul edirik”. 

Əməkdar artist Gülşad Baxşiyeva isə bu cür səhnələri aktrisa olaraq da ümumiyyətlə qəbul etmədiyini deyib:

“Bu cür kadrları gizlətmək olar, onları ortalığa çıxartmaq vacib deyil. Mənə elə gəlir ki, rejissorun fantaziyası işləyə bilmir, ona görə də bu cür səhnələri ortaya çıxarır. Amma bu düzgün deyil. Belə şeylər lazım deyil, bu bizlik deyil. Mən özüm də bir neçə sənətçini görürəm ki, bu cür öpüşmə səhnələrinə, axmaq-axmaq hərəkətlərə can atırlar. Guya bu yenilikdir. Xeyr! Bu yenilik deyil, sadəcə sən rejissor olaraq bu cür səhnələri başqaları ilə əvəz edə bilmirsən deyə belə edirsən. Mən belə şeylərin əleyhinəyəm”. 
Aktrisa həmin səhnəyə çəkilən həmkarlarının obrazda ikən öpüşməsinin səmimiyyətinə inamadığını qeyd edib: 

“Bizim vaxtilə çəkildiyimiz filmlərdə, tamaşalarda belə səhnələr olmurdu. Demək olmaz ki, bu səhnələr olmayanda film yaxud serial izlənmir, yox, o vaxt çox yaxşı da izlənirdi. İnsanlar öpüşmə səhnəsi olmayan filmlərə də çox böyük məmnuniyyətlə baxırdı, həmin işlər bu gün də sevilərək insanlar tərəfindən izlənir. Çünki bu cür səhnələr bizim mentalitetimizə yaraşmayan şeylərdir. Biz soyuqqanlı deyilik, Şimal Buzlu Okeanının adamları deyilik, bizim qanımız qızğın qandır. 

O səhnəyə çəkilib öpüşən aktyorun da, qızın da obrazdan çıxmadığına heç vaxt inana bilmərəm. Onlar obrazdan çıxıblar və özləri kimi öpüşüblər.  Amma gərək özləri kimi yox, obrazda öpüşsünlər. Sabah həmin aktyor yaxud aktrisa çıxıb desə ki, mən obraz kimi öpüşmüşəm, onun səmimiyyətinə heç vaxt inanmaram”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti